DİN Şəhidlər Xiyabanındakı o gənci araşdırır

Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunub.   Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sabir Həsənov bildirib: “Səbail Rayon Polis İdarəsi bu barədə məlumatlıdır və müvafiq araşdırma aparılır”.   Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib […]

Sərkisyan partiyadan da qovulur

Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının daxilində parçalanmalar sürətlənib. Axar.az xəbər verir ki, bu iddia ilə “Past” qəzeti çıxış edib. “Məsələ təkcə bu qüvvənin parlamentə daxil ola bilməməsiylə bağlı təəccübdə deyil. Məsələ ondadır ki, seçkinin nəticələrinin qəbul edilib-edilməməsiylə bağlı fikir ayrılığı var. Bəzi respublikaçılar seçkinin nəticələrindən şikayət verilməsini istəsələr də, əksər üzvlər indiki vəziyyətdə situasiyanın […]

İlham Əliyev Gerasimovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Dilqəm və Şahbazla bağlı yeni – Açıqlama

“Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üzrə kommunikasiya davam edir”. Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: “Həm Azərbaycan, həm də qarşı tərəfə məlum olduğu kimi bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq […]

İntihar etdiyi deyilən sabiq məmur danışdı

          Dekabrın 7-də intihar etdiyi xəbəri yayılan Naxçıvanın Baş nazirinin sabiq birinci müavini Asəf Məmmədov Azinforum.az-a açıqlama verib. O, yaxınlarının və doğmalarının bu xəbərdən ciddi sarsıntı keçirdiklərini  bildirib: “Hansısa məmurun vəzifədən azad edilməsi normal bir haldır. Ancaq bu, kiməsə əsas vermir ki, vəzifədən azad olunan sabiq məmur barədə öz mülahizələri əsasında həqiqəti əks etdirməyən […]

Tramp: “Bir aya Suriyanı İŞİD-dən təmizləyəcəyik”

“Qarşıdakı 30 gün ərzində Suriyada terrorçu İŞDİ qruplaşmasının üzvü olan bir nəfər belə qalmayacaq”. “Anadolu” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə Suriya və İraqda milli azlıqların hüquqlarının müdafiəsi və dəstəklənməsi layihəsinin imzalanması mərasimində bildirib. O deyib ki, ABŞ İŞİD-ə qarşı mübarizədə böyük işlər görüb: “Hazırda regionda çox az terrorçu qalıb. 30 […]

Arvadını 5-ci mərtəbədən atan direktora 2 cinayət işi açıldı

Dekabrın 9-da Nəsimi rayonu ərazisində Adeliya Taxvelinin yaşadığı mənzilin eyvanından özünü atması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri görülüb. DİN-dən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla A.Taxvelinin münaqişə zəminində əri Ramiz Taxveli tərəfindən qəsdən eyvandan atılması müəyyən edilib. R.Taxveli tutulub, ona məxsus “Lexus” markalı avtomobilə baxış […]

Şəki RİH-də məmur özbaşınalığı

Şəkidə 2011-ci ildə sahibkar Hikmət Səlimovun intiharı, daha sonra isə buna səbəb olan vəzifəli şəxslərin həbsi ilə nəticələnən qalmaqallı əmlak mübahisəsi bitmir. Həmin hadisələrdən sonra həbslər aparılsa da, görünən odur ki, hələ də əraziyə iddialı olanlar var. Cebhe.info xəbər verir ki, Hikmət Səlimovun qohumu Əhmədov Əhməd Tələt oğlu hadisədən bir neçə il keçməsinə baxmayaraq, problemin […]

Lənkəranda 17 yaşlı oğlan itkin düşdü

Lənkəranda yeniyetmə oğlan itkin düşüb. Trend xəbər verir ki, hadisə şəhərin M.Nəsirli küçəsi 47 ünvanında baş verib. Həmin ünvanda yaşayan, 2001-ci il təvəllüdlü Əliyev Hidayət Cavanşir oğlu bu il oktyabrın 15-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalara başlanıb.

Ağcabədidə zəlzələ oldu

Ağcabədi rayonunda zəlzələ baş verib. Bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. İlkin məlumatlara əsasən, təbiət hadisəsi yerli vaxtla saat 00:41:36-da Ağdam stansiyasından 14 km şimal-şərqdə Ağcabədi ərazisində zəlzələ qeydə alınıb. Maqnitudası 3, dərinliyi 24 km olan zəlzələ hiss edilməyib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31