General Süleymani öldürülüb, S-300 məhv edilib?

İsrailin güc strukturlarındakı mənbə dekabrın 25-də axşam Suriya ərazisinə hava zərbələri endirdiklərini təsdiqləyib. Mənbə “Assosiated press”ə açıqlamasında deyib ki, zərbələrin hədəfi “İrana aid terrorçuluq infrastrukturu” olub. Söhbət “Hizbullah”a silah ötürmək üçün istifadə edilən üç obyektdən gedir. İsrail nümayəndəsi habelə təsdiq edib ki, əməliyyat nəticəsində Dəməşq rayonunda Suriyanın Hava Hücumundan Müdafiə sistemləri də məhv edilib. Lakin […]

SOCAR və Gürcüstandan dizel açıqlaması

Bu ay Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının tərkibi, əsasən də qurğuşunun miqdarı ilə bağlı yoxlamalar aparıb. “Report” xəbər verir ki, yoxlamalar nəticəsində yanacaqda qurğuşunun səviyyəsinin hökumətin müəyyən etdiyi keyfiyyət normalarına cavab verdiyi müəyyənləşib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda yerləşən yanacaqdoldurma məntəqələri daxil […]

Bakcell bölgələrdən limitsiz zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell xüsusi olaraq ölkənin regionlarında yaşayan abunəçilər üçün nəzərdə tutulan yeni təklif hazırlayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, abunəçiləri daha rahat, münasib və əlverişli rabitə xidmətləri ilə təmin etmək məqsədilə təqdim olunan eksklüziv paket sayəsində abunəçilər istədikləri qədər danışa biləcəklər. Yeni təklifin şərtlərinə əsasən, “Bakcell”in […]

“Bakcell”dən məzun və tələbələrə növbəti dəstək

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilmiş beşinci məzun-karyera sərgisinə qatılıb. Şirkətdən Trend-ə verilən məlumata görə, universitetin məzun və yuxarı kurs tələbələri üçün təşkil edilmiş sərgiyə 70-ə yaxın şirkət və müəssisə tərəfindən 400-dən artıq vakant iş yeri çıxarılıb. Tədbirdə iştirak edən məzun və […]

“İnhisarçılığın bir faizini göstərsəniz, istefa verərəm”

“Azərbaycanda inhisarçılıq yoxdur”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib. “Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin. Azərbaycanda lisenziyası tələb olunan mallar, aksiz markalanmalı mallar […]

BDU-da bayrağımıza hörmətsizlik – Foto

Bakı Dövlət Universitetində dövlət  bayrağımıza qarşı hörmətsizlik edilib. Unikal.org xəbər verir ki, universitetin giriş qapısının üzərində dalğalanan üçrəngli bayrağımız tərsinə asılıb. Bakı Dövlət Universitetinin girişində yerləşdirilən bayrağın tərs asılması görənlərin narazılığına səbəb olub.

Qənirə Ataşova Mirşahin, Gülən və Amerikadan danışır – Müsahibə

Modern.az saytının xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam edirik. Budəfəki həmsöhbətimiz fəaliyyəti dayandırılmış  ANS Televiziyasının keçmiş əməkdaşı Qənirə Ataşovadır. Hazırda Amerikada yaşayan həmkarımızla söhbəti təqdim edirik. – Qənirə xanım hazırda ABŞ-ın hansı ştatında, hansı şəhərində yaşayırsınız? – Vaşinqton DC ilə Arlinqton şəhərinin sərhədində yaşayıram. Yorulanda və ya zövq almaq istəyəndə pəncərəmdən Amerika Birləşmiş Ştatlarının 16-cı […]

Paşinyan Putinlə “döyüşə” gedir?

Bu gün Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. Virtualaz.org xəbər verir ki, Paşinyan Moskvaya uçarkən hökumət təyyarəsinin göyərtəsində çəkilmiş fotosunu paylaşıb. “Moskvaya uçuruq”-Paşinyan Facebook səhifəsində fotonun altından yazıb. Fotodan görünür ki, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən şəxs “xaki” rəngli hərbi gödəkçə geyinib, gödəkçənin yaxasında onun ad-soyadı yazılmış lövhə […]

Hüseynqulu Bağırov iqtidardan qisas alır? – Detallar

Ölkənin imici, atdıqları addımların nəylə nəticələnəcəyi umurlarında deyil. Siyasətin komanda oyunu olduğunu da unudublar, yalnız “fərdi driblinqlər” sayəsində nələrəsə nail olmağa çalışırlar. Ortaya çıxan mənzərə isə arzuolunmazdır, məmurların sonradan düzəldilməsi asan olmayan əməllərinin ağrısını isə həmişə olduğu kimi hakimiyyət, bir qədər də konkretləşdirsək ölkə prezidenti İlham Əliyev çəkir. Hakimiyyətə yeni başağrısı verməyə çalışanlardan biri də […]

Səmra Xoseni çıxardı – “Maşın şou”

“Hind kinosu” devizi altında “Maşın” realiti şounun növbəti buraxılışı yayımlanıb.  Unikal.org xəbər verir ki, şounun 13-ci günündə səsverməyə müğənni Səmra Rəhimli çıxıb. O, 79,06 faiz səs toplayaraq  aparıcı Xose Bernardonu şoudan kənarlaşdırıb. Qeyd edək ki, hazırda şouda 4 iştirakçı mübarizəni davam etdirir. Bunlar müğənni Səmra Rəhimli, aparıcı Ranar Musayev, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31