“Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi

Mobil operator növbəti rəsmi mağzasını Qəbələdə təqdim edib. Yeni konseptə uyğun mağaza Qəbələ rayonu, H.Əliyev küçəsində yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilmiş dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəriyönümlülük dəyərlərinə sadiq qalan “Nar”, mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı, eyni zamanda diler əməkdaşları tərəfindən digər […]

SOCAR Londonda Beynəlxalq Neft Həftəsində tədbir keçirib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Londonda keçirilən Beynəlxalq Neft Həftəsi çərçivəsində “Natural History Museum”də uğurla tədbir həyata keçirib. “Report”un verdiyi xəbərə görə, tədbirdə BP, “Glencore”, “Vitol”, “Trafigura”, “Totsa”, “Litasco”, ING, “ABN Ambro”, “BNP Paribas” kimi şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbiri SOCAR prezidenti Rövnəq Abdullayev, şirkətin marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov, SOCAR-ın Marketinq və […]

Bakcell və INNOLAND Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını elan edir (FOTO)

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi və Waves Platforması Bakı şəhərində keçiriləcək “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması barədə məlumat sessiyası keçirib. Şirkətdən Trend-ə verilən məlumata görə, tədbir zamanı 8-9 mart tarixlərində INNOLAND mərkəzində keçiriləcək “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışmasında iştirak etmək istəyən startapçı və […]

Balaca gimnast Mina Abbasovanın bir ayda ikinci böyük qələbəsi

Balaca gimnastımız Mina Abbasova yenə də Beynəlxalq turnirin qalibi oldu Fevral ayının 23-ü və 24-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Budapeşt Star – 2019” yarışması keçirilib. Macarıstanla yanaşı, Polşa, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Latviya, Belçika, İsrail, Xorvatiya və Rusiyanın çoxsaylı klublarının mübarizə apardığı turnirdə Azərbaycanı yenə […]

Xarici İşlər Nazirliyində qalmaqal: Məmmədyarov mövqe savaşında

Diplomatik mənbələrdən Azərbaycanın xarici işlər nazirliyi daxilində gedən son proseslərlə bağlı cumhuriyyet.az-a yeni məlumatlar daxil olub. Bildirilir ki, XİN-i nəzarətə götürmək uğrunda klanlararası çəkişmə son həddə çatıb. 1997-ci ildən nazir müavini olan Xələf Xələfov XİN-dən uzaqlaşıdırlaraq nazirlər kabinetinin aparat rəhbəri vəzifəsinə göndərilib. Baş verənlərlə bağlı cumhuriyyet.az-ın elektron poçtuna yazan mənbə bildirir ki, digər nazir müavini, […]

Tehranda “Qarabağ Ermənistanındır” şüarı: fars rejiminin erməni sevgisi

İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşüb. Axar.az xəbər verir ki, görüşdə Paşinyan tribunadan icma üzvləri ilə birgə selfi çəkdirib. Ermənişünas İsmayıl Tanrıverdi fotoda əksini tapan plakata diqqət çəkib. O bildirib ki, arxa fonda olan və görüşdə qaldırılmasına icazə verilən plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” […]

Bioloji Təbabət Klinikasında böhran: “Klinikada peşəkar kadr qalmayıb…”

Bioloji Təbabət Klinikasında kadrlar kütləvi olaraq işdən çıxarılır.Axar.az-a verilən məlumata görə, buna səbəb klinikanın dərin maliyyə böhranı keçirməsidir. Qeyd olunur ki, daha çox alman müalicə üsulu kimi tanınan bioloji təbabətin tətbiqini nəzərdə tutan klinikada hazırda peşəkar kadrlar qalmayıb. Belə ki, pasientlərin kəskin şəkildə azalması səbəbindən klinika öz əməkdaşlarının əməkhaqqını vermək imkanında deyil. Daha doğrusu, klinikanın […]

Bank rəhbərləri təcili yığıncağa çağırıldı: Kreditlərlə bağlı qərar verilə bilər

Bu gün saat 17:00-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Kommersiya banklarının rəhbər şəxsləri yığıncağa çağırılıb. Yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Yığıncaqda əsas müzakirə mövzusunun problemli kreditlər məsələsinin dövlət tərəfindən həll edilməsi məsələsinin olacağı ehtimal edilir. Xəbər verdiyimiz kimi, fevralı 25-də […]

Kim güclüdür? Hindistan, yoxsa Pakistan – Statistika

Hindistan və Pakistan arasında qarşıdurma davam edir. Əslində iki ölkə arasında baş verən münaqişənin tarixi çox uzundur.  Son günlər iki ölkə arasında ciddi qarşıdurmaların daha da artması yeni dünya savaşının başlanğıcı kimi dəyərləndirirlər. Müharibə olacaqmı? Ekspertlər indi də hər iki ölkənin gücünü araşdırır, ölkələrin silah ehtiyyatını dəqiqləşdirirlər. O zaman hansı ölkə silah arsenalına görə öndədir. […]

Bu günün ulduz falı – 28 fevral

Qoç – Hisslərinizə nəzarət edin, emosiyalarınızı kontrolda saxlayın. Təmkinli və səbrli olsanız, sonradan ağır fəsadlar yaradacaq səhvlərə yol verməyəcəksiniz. Tək qalmaq istəsəniz belə, guşənişinliyə qapılmayın. İstirahət və ya əyləncə istəyini təxirə salın. Günün ikinci yarısında praqmat olun. Bədxərclik etməyin. Tanışlar və dostlarla təmaslarda müəyyən sərinlik yarana bilər. Romantik macəra arayırsınızsa, insanların gur olduqları yerlərə yollanmayın. Yaxşı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728