“Prezidentin hədəfi Azərbaycanı dünyada inkişaf etmiş ölkələr səviyyəsinə çıxarmaqdır” – RƏYLƏR
“Ölkə başçısının hədəfi Azərbaycanı dünya miqyasında inkişaf etmiş ölkələr səviyyəsinə çıxarmaqdır. Bu yolda biz ciddi uğurlara imza atmaqdayıq. İnanıram ki, yaxın 10 ildə qarşıya qoyulan hədəflərə çatacağıq”. Bunu “Report”a açıqlamasında dövlət başçısı İlham Əliyevin ötən ilki Prezident seçkilərindən sonra başlatdığı islahatları şərh edən deputat Fəzail Ağamalı deyib. O xatırladıb ki, dövlət başçısı sonuncu Prezident seçkiləri ərəfəsində bəyan etmişdi […]