Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti AppLab proqramının növbəti məzunlarını elan edib. 2018-2019-ci illər ərzində “AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək üçün təşkil edilmiş tədbirdə “Run2Help”, “Bilik.al”, “Madebyaz” və “Balta” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində “AppLab”ın mühüm rolu haqqında danışıblar. Gənc developeralərə Bakcell […]

Hacı Məmmədovun əfvə düşən rəisinin əməlləri: Silsilə adam oğurluqları, qətllər…

Prezident İlham Əliyevin 16 mart 2018-ci ildə imzaladığı əfv sərəncamının şamil edildiyi şəxslərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin Mülkiyyət əleyhinə cinayətlər şöbəsinin rəisi olmuş Kamil Sədrəddinovdur. O, 2005-ci il martın 10-da keçmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs olunmuşdu. Bizimyol.info xəbər verir ki, 1994-cü ildən 2005-ci ilin […]

Əli İnsanov illər öncə və indi: paradoksun bu qədəri – VİDEO

Məşhur bir fikir var: Bir dəlilər, bir də ölülər öz fikirlərini dəyişmirlər. Amma yerdə qalan hər kəs bir vaxtlar üstündə qətiyyətlə durduöu fikri dəyişə, qızğınlıqla müdafiə etdiyi mövqeyi tərk edə bilər. Sabiq səhiyyə naziri və keçmiş siyasi dustaq Əli İnsanov da istisna olmadı, o da vəzifədən götürüldükdən və həbsxanaya salındıqdan sonra öz fikrini 180 dərəcə […]

OPEC+ ölkələri ilk dəfə Bakıda

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir. ONA xəbər verir ki, iclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur. İclasda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının […]

“Azərsu”ya axan milyonlar və “yezid” siyasəti…

«Azərsu» Səhmdar Cəmiyyəti öz naqis-yarıtmaz fəaliyyəti ilə indi ölkə əhalisinin nifrətini qazanıb yazsam, güman ki, yanılmaram. Qurumun «xam»lığı o həddə çatıb ki, xalq arasında ona mahnı qoşanlar da var – məsələn, kəklik haqqında xalq mahnısı indi «Aman, «Azərsu» əlindən!» sözləri ilə oxunur, daha kəlik-filan yaddan çıxıb… Müşahidələr göstərir ki, ötən dövrdə aldığı külli miqdar dövlət […]

Trampa qarşı 8 milyonluq iddia

ABŞ Prezidenti Donald Tramp öz fondunun qeyri-qanuni maliyyə əməliyyatlarına görə 5.6 milyon dollar cərimələnməlidir. Cumhuriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Nyu Yorkun Baş prokuroru Letisiya Ceyms deyib. Ceymsin sözlərinə görə, Tramp qeyri-qanuni əməliyyatlar nəticəsində dəymiş ziyanın qarşılığında daha 2.8 milyon dollar ödəməlidir. Baş prokuror fondun vəsaitlərindən qeyri-qanuni istifadəni Trampın övladlarının da təsdiqlədiyini bildirib. […]

Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır

Yer planetinə bu yaxınlarda aşkarlanmış 2019EA2 asteroidi yaxınlaşır. Bu haqda NASA məlumat verir. 30 metr diametrli kosmik obyekt martın 22-də Yerə ən yaxın məsafəyə qədər yaxınlaşacaq. Asteroidin Yerdən 305 min kilometr aralı ötüb keçəcəyi gözlənilir. Bundan əvvəl, 2018-ci ilin noyabr ayında astronomlar Yerə insan kəlləsi şəkilli 2015 TB145 adlı ölü asteroidin yaxınlaşdığı barədə xəbərdarlıq etmişdilər. […]

Türkün zəfər dastanı: Çanaqqala savaşı

Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının 102 ili tamam oldu. 1914-cü il noyabr ayının 3-də başlayan və 1915-ci il 18 mart tarixinə qədər davam edən Çanaqqala savaşı, həmçinin 25 aprel 1915-ci ildən 1916-cı ilin 8-9 yanvarına qədər Gelibolu yarımadasında gedən döyüşlər türk hərb […]

İlham Əliyev 14 il qabaqkı prezident deyil: “fevral inqilabı”nın sirr pərdəsi qalxır… – Təhlil

“Əgər əhalinin böyük bir qismi hakimiyyətdə olan liderləri sevmirsə, bu, dəyişiklik qaçılmazdır mənasına gəlmir. Sadəcə, dəyişiklik üçün potensial var deməkdir” – Robert Helveyin “Strateji dinc mübarizə” kitabında bu gün üçün aktual sətirlər yer alıb. Azərbaycandakı gedişat dəyişikliyi günbəgün yaxınlaşdırırdı. O demək deyildi ki, kataklizmlər baş verəcək. Lakin potensial görünürdü. Hakimiyyətin mühafizəkar qanadı tarana sürüklədiyi siyasətlə […]

Arif Əsgərovun adı hallanan 30 milyonluq dələduzluq işi yenidən məhkəmədə

Sabiq nazir müavininin baldızı üsyan etdi; ortada 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var!.. Bu gün, martın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun, onun oğlu Elnar Əsgərovun adı qarışan cinayət işi üzrə proses davam edəcək. İş üzrə artıq hazırlıq iclası […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031