FHN-dən BNA-ya cavab: “Məlumatı təkzib etmək lüzumsuzdur”

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda sərnişin avtobusunda qeydə alınan yanğın hadisəsinin Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təkzib edilməsinə münasibət bildirib. Cumhuriyyet.az xəbər verir ki, FHN-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı “Report”a açıqlamasında deyib ki, sərnişin avtobusunda yanğın hadisəsinin qeydə alınması dəqiqdir: “FHN-nin saytında dərc olunan operativ məlumatları təsdiq və ya təkzib etməyi lüzumsuz görürəm. Ona […]

Qazaxıstanda Nazarbayev adına etiraz edənlər həbs olundu

Qazaxıstan paytaxtında polis 20-dək adamı saxlayıb. Onlar paytaxt Astananın adının Nursultan qoyulmasına etiraz ediblər. Hadisə yerində olan müxbirlərin məlumatına görə, mitinq iştirakçıları və şəhərin adının dəyişdirilməsini dəstəkləyənlər arasında dava-dalaş başlayınca polis müdaxilə edərək etirazçılardan bir neçəsini saxlayıb. Artıq internetdə şəhərin adının (xalqla legitimi müzakirə aparılmadan) dəyişdirilməsinə qarşı minimum iki petisiya yaradılıb. Onlardan birinə 2 minədək, […]

Uşaq pulunun bərpası ilə bağlı nazirlikdən RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib. Publika.az xəbər verir ki, Nazirlikdən “Report”a verilən məlumata görə, gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir: “Bugünlərdə sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan, guya gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. […]

Türkiyə ABŞ-ı qəzəbləndirir: Ankara kimlərlə müttəfiq olacaq?

Türkiyə inadla Rusiyanın zenit-raket kompleksinin alınmasına çalışır ki, bu da Vaşinqtonun qəzəbini özünə doğru çəkir. ABŞ təhlükəsizlik baxımından bu sövdələşməni dayandırmağa cəhd edir. “The Financial Times”-ın məlumatına görə, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bu yaxınlarda deyib ki, Türkiyə hələ də Rusiyanın “S-400” sistemini almaq niyyəti barəsində siqnal göndərir. Vaşinqton hesab edir ki, bu, NATO üzrə […]

Beytulla Hüseynovdan Eldar Mahmudov aşıqlaması: “Heç ehtiyacım da yoxdur”

Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da var. Qeyd edək ki, “MTN işi” çərçivəsində həbs edilən Beytulla Hüseynov sabiq nazir Eldar Mahmudovun ən yaxın adamlarından biri sayılıb. Gununsesi.org-a eksklüziv açıqlamasında Beytulla Hüseynov azadlığa çıxdığı üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edib: “Mən cənab prezidentə […]

Azərbaycanda film kimi olay

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyi 31 yaşlı kişinin ölümünə səbəb olub. Cumhuriyyet.az ONA-ya istinadən xəbər verir ki, hadisə Astara gömrük-sərhəd keçid məntəqəsində baş verib. Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Bağırov Qabil İsmayıl oğlunun halı qəfildən pisləşib və dünyasını dəyişib. İlkin məlumata görə, onun daxili orqanında gizlətdiyi narkotik vasitə zəhərlənməyə səbəb olub. […]

Ziya Məmmədov tərk etdiyi mülkünü 310 minə satışa çıxardı – FOTOLAR+ VİDEO

Sabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb. Musavat.com xəbər verir ki, sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub. Musavat.com -un müxbiri Nardaranda olarkən kənd sakinlərindən öyrənib ki, sabiq nazir 3-4 ilə yaxındır ki, bu mülkünə baş çəkmir. Villaya nəzarəti isə son […]

Sürücüləri yanacaqdoldurmada necə aldadırlar? – Video

Bakı sakininin aldığı benzin avtomobilinə ziyan vurub. Sürücünün iddiasına görə, yanacaqdoldurma məntəqəsindən ona dibində çöküntü olan benzin satılıb. Nəticədə avtomobilin motorxanasında problemlər yaranıb, ona 300 manata yaxın maddi ziyan dəyib. Paytaxt sakini Anar Cəlilov iddia edir ki, yanacaq doldurma məntəqəsindən aldığı benzin onu maddi ziyana salıb. Avtomobilin motorxanasında problemlər yaranıb.   O, indi ona dəyən […]

Deputat Sona Əliyeva təhsil sərgisi biznesinə başlayır

Milli Məclisin ən qalmaqallı deputatlarından olan Sona Əliyeva yeni və maraqlı bir biznesə başlayır. Editor.az xəbər verir ki, deputat “Təhsilli Gələcək” İctimai Birliyinin adından Bakıda Türkiyə universitetlərinin Təhsil sərgisini keçirməyə hazırlaşır. Sona Əliyevanın bununla bağlı artıq bir çox Türkiyə universitetlərinə müraciət etdiyi bildirilir. Qeyd edilir ki, deputat müraciətlərində Milli Məclisin ve parlamentin Elm və Təhsil […]

“58 milyard pulun hara xərcləndiyi niyə gizlədilir?” – Qubad İbadoğlu

“2008-ci ildən 2018-cu ilədək dövlət büdcəsindən tikinti layihələri üçün 53 milyard 206 milyon manat vəsait xərclənib. Bu dövrdə xərclənmiş vəsaitin orta illik miqdarı 4 milyard 837 milyon manat olub”. Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu yazıb. Ekspert qeyd edib ki, tikintiyə ayrılmış pulların xərclənməsinə dair məlumatlar hətta Milli Məclisdən də gizlədilir: “Büdcə xərlərinin hər il […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031