Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı ilə əlaqədar olaraq xüsusi hazırlıq işləri görüb. “Bakcell”dən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsinə əsasən Bakcell şirkəti Bakıda […]

Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Frankofoniya həftələrinin yekunu olan “Quoi? Où? Quand?” adlı konsert proqramının keçirilməsinə dəstək göstərib.  Konsert Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin iştirakı ilə keçirilib.   Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, […]

Ayaz İmranov türk dünyasını mat qoydu: Ölkəmizə qran-pri qazandıran ifa…

Moderator.az xəbər verir ki, 26-29 aprel tarixlərində Qazaxıstanın Aktau şəhərində beynəlxalq musiqi festivalı keçirilib. Müstəqil türk dövlətləri ilə yanaşı, Rusiya Federasiyasındakı türk respublikalarının, Uzaq Şərq ölkələrinin də qatıldığı festivalda Azərbaycanı təmsil edən görkəmli tarzən Ayaz İmranov festivalın ən yaxşısı kimi qran-pri mükafatına layiq görülüb. Onun tarda ifa etdiyi həm Azərbaycan, həm də qazax mahnıları münsiflər […]

Akademik Musiqili Teatrın konsertmeysteri mükafata layiq görülüb

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu təhsil ocağının 90 illik yubileyinə həsr edilmiş “Vera Arte” – Konsertmeyster Ustalığı üzrə I Respublika Müsabiqəsi keçirilib. Xoreoqrafiya sənəti üçün yüksəkixtisaslı konsertmeysterlərin hazırlanması və üzə çıxarılması məqsədilə təşkil olunan müsabiqədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının konsertmeysteri Arzu Hüseynova da uğurla iştirak edib və II dərcəli “Diplom”la mükafatlandırılıb. Qeyd edək ki, […]

Tamaşaçıların xahişi ilə “Balaca Şahzadə”-FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alaraq, Antuan de Sent-Ekzüperinin dünyaca məşhur “Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırladığı eyniadlı tamaşasını may ayının 3-ü saat 19:00, 4-ü saat 12:00 və 15:00-da, 31-i saat 19:00, “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə isə saat 12:00-da nümayiş etdirəcək. Qurumun mətbuat xidmətindən bildirilib ki, “Balaca Şahzadə” […]

Baş redaktor Avropa Məhkəməsinə üz tutdu

2018 çi il avqutsun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə bloklanan anaxeber.az saytının işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Bu barədə arqument.az-a saytın baş redaktoru Azər Talıbov məlumat verib. O bildirib ki, hakimiyyətin mediaya təzyiqi nəticəsində saytı bloklanıb və özünə xəbər verilmədən məhkəmə prosesi keçirilib. Baş redaktor deyib ki, ölkədə bütün məhkəmə instansiyalarına müraciət etsə […]

İki “dəniz”in qovuşduğu şəhər: Sumqayıt-Qafqazın Osakası

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur. Lakin siz bu reportajda öz əsrarəngizliyi, füsunkarlığı ilə Osakadan heç də geri qalmayan, Qafqazın Osakası hesab edə biləcəyimiz bir şəhərdən – onun sadəcə bir hissəsi olan bulvarından […]

Musiqili Teatrın may repertuarı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında may ayı üçün nəzərdə tutulan repertuarı hazırlayıb. Cumhuriyyet.net repertuarı təqdim edir. 03 May, 19:00 R.Ağababayev, A.Sent-Ekzüperi “Balaca şahzadə” 04 May, 12:00 R.Ağababayev, A.Sent-Ekzüperi “Balaca şahzadə” 04 May, 15:00 R.Ağababayev, A.Sent-Ekzüperi “Balaca şahzadə” 05 May, 12:00 H.K.Andersen “Düyməcik” (rus dilində) 05 May, 19:00 E.Sabitoğlu, T.Vəliyeva “Bankir adaxlı” 10 May, 19:00 R.Hacıyev […]

Milli Məclisdən gənc professora böyük etimad

Bu gün Milli Məclis tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyalarını bu Şurada təmsil edən yeni üzv seçilmişdir. O, deputatların böyük əksəriyyətinin səs çoxluğu (iclasda iştirak edən 107 deputatın hamısı lehinə səs verib) ilə 6 il müddətinə seçilmiş professor Yusif Babanlıdır. Deputatlar namizəd haqda çıxış edərək müsbət dəyərləndiriblər. Azərbaycan Dövlət Bədən […]

“Nar” Azərbaycan Qran-Prisi üçün texniki hazırlıqları başa çatdırıb

Ölkənin ən gənc mobil operatoru “Nar” 26-28 aprel tarixlərində paytaxtımızda baş tutacaq “Formula-1 Azərbaycan Qran-Prisi” yarışları zamanı həm yerli, həm də əcnəbi abunəçilərin telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün hazırlıq işlərini başa çatdırıb. Mobil operator sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün ərazinin şəbəkə testlərini tamamlayıb və şəbəkənin keyfiyyət ölçülərini müəyyənləşdirib. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930