Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi olub

Əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq. Şirkətdən Trend-ə verilən məlumata görə, belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell […]

Xalidə Bağırovadan gecikmiş etirav: “Həmin videoları mən çəkmişəm…”

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı açıqlama yayıb. Cumhuriyyet.az xəbər verir ki, o, KİV-lərə yazılı açıqlama göndərib. Həmin açıqlamanı təqdim edirik: “Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir […]

Azərbaycana maşın gətirmək istəyənlərin NƏZƏRİNƏ – QAYDALAR DƏYİŞDİ

Baş nazir Novruz Məmmədov “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib. Cumhuriyyet.az publika.az-a istinadən xəbər verir ki, qaydalarda aşağıdakı dəyişikliklər edilib: 1. 10-cu hissə ləğv edilsin; 2. 13.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “13.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları […]

Masazır bələdiyyəsində kütləvi etiraz: Siyanfər Əliyevin “üç daş oyununun” açması

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin qanunsuz əməllərindən bəhs etmişdik. Həmçinin bildirmişdik ki, adı müxtəlif qalmaqallarda hallanan bələdiyyə sədrinin sabiq MTN generalı Akif Çovdarovla da sıx əlaqələri olub. Belə ki, Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyev Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verib. Bu günlərdə cumhuriyyet.az-a bələdiyyə […]

Zelenski Ukraynanın yeni prezidentidir: Ekzit-pol nəticələri

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatdı. Virtualaz.org xəbər verir ki, ölkə qanunvericiliyinə uyğun olaraq, saat 21:00-dan (Bakı vaxtı ilə) sonra ekzit-polların nəticələri açıqlana bilər. Beləliklə, Ukrayna Milli ekzit-polunun nəticələrinə görə, Vladimir Zelenski 73,2%, Pyotr Poroşenko isə 25,3% səs toplayıb. Yerli “1+1” telekanalının ekzit-polunun nəticələrinə görə, Vladimir Zelenski 72,7%, Pyotr Poroşenko isə 27,3% səs […]

Cahangir Əsgərovun qızının milyonları üzə çıxdı

AZAL prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova Londonda daha bir şirkət açıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazı və sənədlər paylaşıb. O bildirib ki, sənədlərə görə 1983-cü il avqust təvəllüdlü, Bakı şəhəri Bülbül prospekti 18 ünvanında qeydiyyatda olan Cəmilə Əsgərovaya aid SOROKA LIMITED bu ilin yanvarın 16-da […]

Gəncə hakimiyyətinin süqutu

Gəncə hadisələri Azərbaycan siyasi həyatı üçün, son illəri üçün xarakterik hadisə deyil.Mənim qənaətimcə bu bir növ cəmiyyətin ona qarşı olan haqqsızlığa etiraz səsi idi.İnsanın qətlə yetirilməsi nə qədər doğru hadisə sayılmasa da,amma,görünür ki,insanların da bir dözüm həddi var,insanların da şüuru var,insanlar da təhqir olunmuş,ayağlar altına atılmış qürurlarının müdafiəsinə qalxıblar.Gəncədə xalqın siravi bir nümayəndəsinin xalqa olan […]

Ekologiya və Təbii Sərvətlər naziri Ağcabədi şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən aprelin 19-da […]

Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi anılacaq

20 aprel saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli  bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirişlinin 85 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın “Amerikalı kürəkən” (libretto müəllifi M.Haqverdiyev) tamaşası nümayiş olunacaq. Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum bəstəkarın yaradıcılıq yolu barədə çıxış edəcək. Qeyd edək ki, ilk dəfə 29 may […]

Bərdədə tarix yazan icra başçısı: Vidadi İsayevin Vətənə Xidmət örnəyi

Əziz oxucu! Bir az toxta, dur! məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Cumhuriyyet.az olaraq Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən-Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayevdən bəhs edəcəyik. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930