Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 11-nə olan məzənnəsini açıqlayıb. 11.07.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

“Bank Avrasiya”nın vəziyyəti ağırlaşıb – Mənfəəti 43% azalıb

“Bank Avrasiya” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 195,897 milyon manat təşkil edib.“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 15,6% çoxdur. “Bank Avrasiya”nın aktivlərinin 75,73 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,8% kiçilib. Hesabat dövründə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 22,1% […]

Prezident 2018-ci il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb. “Report” xəbər verir ki, qanunda Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası gəlirlər 22 508 869,7 min manat, xərclər 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib. Maddə 2. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə […]

Ermənistan enerji sistemindəki qəzaya görə İranı günahlandırıb

Ermənistan baş vermiş enerji qəzasına görə İranı günahlandırıb. APA-nın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan jurnalistlərə açıqlamasında bildirib ki, hələlik qəzanın baş verməsinin dəqiq səbəbləri bilinir. Nazir müavinin sözlərinə görə, Ermənistanda qeyd alınmış qəzanın İrandan qaynaqlandığı ehtimal edilir. “Biz iranlı həmkarlarımızla əlaqə saxladıq. Təsdiq etdilər ki, […]

İyulun 13-14-də güclü küləkli olacaq – Temperatur 5-8 dərəcə aşağı enəcək

“Yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir”. “Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır: “Havanın […]

Məşhur supermarketdən alınan bulkadan şurup çıxıb – FOTO

Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb. “Report”un məlumatına görə, həmin un məmulatının Bakıdakı “Neptun” supermarketindən alındığı bildirilib. Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpik civarındadır. “Neptun”dan “Report”a bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir: “Görüntülərdəki […]

Ceyranbatan su anbarından Bakıya yeni kəmər çəkilə bilər

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən su anbarından Bakının şərq hissəsinə yeni magistral kəmərin çəkilməsi nəzərdə tutulub. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, bununla bağlı layihə mövcuddur, lakin onun reallaşdırılması investisiya qoyuluşu imkanlarından asılıdır.

Bu il Bakıda 30 cinаyətkаr qrup ifşa olunub- 5496 cinаyət qеydə аlınıb

Bu il mənzil oğurluğu törədən 30 cinаyətkаr qrup ifşa olunub.  “Təhlükəsiz şəhər” xidmətinin operatorları 2.796 hadisə aşkarlаyıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 123 bağlı cinayət açılıb. “Report” xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısında cinayətkarlıqla […]

Türkiyə ordusu İraqın şimalında 15 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Haftanin bölgəsində yerləşən terror düşərgələrinə sarsıdıcı zərbələr endirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytının “Twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, “Pençe hərəkatı” adı altında davam etdirilən əməliyyatda daha 15 terrorçu zərərsizləşdirilirb. PKK-ya məxsus silah anbarları, sığınacaq və təlim yerləri dağıdılıb. Daxili İşlər Nazirliyinin məlumatında isə bildirilir […]

Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb

  Nardaran hadisələrinə görə həbs edilən şəxs azadlığa buraxılıb. Onun səhhətində ciddi problem var idi. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə təqsirləndirilən şəxs qismində müttəhimlər kürsüsünə çıxarılan Əbülfəz Bünyatov azadlığa çıxıb. Qeyd edək ki, ötən il hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunmuş və Əbülfəz Bünyatov 15 il müddətinə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031