Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə növbəti aksiya keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası bərpa olunub. “Report”un Gürcüstan bürosu xəbər verir ki, sayca 28-ci olan aksiyanın iştirakçıları ölkənin daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər. Askiya çərçivəsində kitabların satışı təşkil olunub. Satışdan əldə olunan gəlirin bir hissəsi aksiya təşkilatçılarının bank hesabına köçürüləcək. Təşkilatçılar DİN rəhbəri vəzifəsini tərk edənə qədər aksiyanı dayandırmayacaqlarını […]

GAMK sədri: “Gürcüstan sərhədçiləri bir qrup vətəndaşın Azərbaycan ərazisinə qanunsuz keçməsinə imkan verməməliydi”

“Azərbaycan-Gürcüstan sərhədində baş verən təxribatı iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq istəyən üçüncü qüvvələr təşkil edib”. Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev Keşikçi Dağı Məbəd-Kompleksində baş verən son insidenti şərh edərkən bildirib. Onun sözlərinə görə, Gürcüstanda ölkənin Azərbaycanla sıx tərəfdaşlıq münasibətlərini gözü götürməyən müəyyən siyasi qüvvələr və […]

Böyük Britaniyada növbədənkənar seçkilər keçirilə bilər

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson 2020-ci ildə növbədənkənar seçkilər keçirib “Brexit” üzündən çətinliklərlə üzləşən Leyboristlər Partiyasının lideri Ceremi Korbinlə bəhsləşmək niyyətindədir. “The Times” xəbər verir ki, hazırda baş nazir kürsüsü uğrunda partiya daxilindəki mübarizəyə qoşulmuş B.Conson müxalifətin məhz hazırkı başçısı C.Korbinlə “döyüşmək” arzusundadır. “Nə qədər ki, başçıları Korbindir, bu məsələyə son qoymaq […]

Baş Prokurorluq Elinanın ölüm işi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Elina Hacıyevanın ölüm faktı üzrə başlanan cinayət işinin istintaqı ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan bildirilib ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin […]

BAKI ATATÜRK LİSEYİNDƏ NARAZILIQ – Şikayət (Yeniləndi)

Bakı Atatürk Liseyinin 2c sinif şagirdlərinin valideynləri bu liseyin rəhbərliyindən və ümumiyyətlə burdakı şəraitdən şikayət edirlər. Valideynlər adından Nərmin Abbasovanın “AzPolitika.info”-ya göndərdiyi şikayət məktubunda bildirilir ki, övladlarının təhsil aldığı 2c sinfinin sinif müəlliminin liseylə müqaviləsi bitib, lakin rəhbərlik heç bir əsaslı səbəb göstərmədən müəllimlə müqaviləni uzatmaqdan imtina edir. Bu isə həm uşaqların, həm də valideynlərin […]

AMEA “əməkhaqqı” sözünün yeni lüğətdən çıxarılmamasına qərar verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclasında yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “əməkhaqqı” sözünün çıxarılması müzakirə edilib. Bu barədə “Report”a İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, Şuranın iclasında “əməkhaqqı” sözünün yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə saxlanılması qərara alınıb: “Elmi Şuranın iclasında mütəxəssislərlə birlikdə “əməkhaqqı” sözü ilə bağlı […]

Deputat: “Azərbaycan və Gürcüstan istənilən məsələni beynəlxalq hüquq əsasında həll etmək iqtidarındadır”

“Azərbaycan və Gürcüstan istənilən məsələni qardaşlıq və beynəlxalq hüquq əsasında həll etmək bacarığındadır”. “Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. O qeyd edib ki, sərhəddə bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycan […]

Mərkəzi Bank dolların məzənnəsi barədə

İyulun 18-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 18.07.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il iyulun 17-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Nazirlik sosial şəbəkələrdə yaranmış problemlər barədə

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sosial şəbəkələrdə yaranan problemlə bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumatda deyilir: “Bu gün dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb. Azərbaycanda da istifadəçilər “Facebook”, “Instagram” və “Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir […]

Bakının və Abşeronun bəzi ərazilərində içməli suyun verilişində fasilələr olacaq

Magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırlması ilə əlaqədar Abşeron rayonunun Xırdalan şəhərinə və Masazır qəsəbəsinə, həmçinin Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq. Bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir. Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031