“Güclü donanma quracağıq” – Putin

“Qüvvətli və suveren supergüc üçün Rusiya unikal donanma quracaq”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbi-dəniz qüvvələrinin paradında çıxışı zamanı bildirib. “Biz uzunmüddətli tarixi perspektivdə öz imkanlarına görə unikal donanma quracağıq. Bu donanma qüvvətli və suveren supergücün donanması olacaq”, – Putin bildirib. Xatırladaq ki, bu gün Rusiya donanması yaranmasının 323-cü ildönümünü qeyd edir. (Axar.az)

Avropa İttifaqı Moskvada aksiya zamanı saxlanılanlarla bağlı bəyanat yayıb

Avropa İttifaqı, 27 iyul Rusiyanın paytaxtı Moskvanın mərkəzində keçirilən razılaşdırılmamış aksiya zamanı etirazçılarının saxlanılmasını “söz və yığıncaq azadlığının pozuntusu” kimi dəyələndirdi. “Report” Rusiya KİV-nə istinadla xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiçin bəyanatında deyilir. “Biz gözləyirik ki, Rusiya Federasiyasının hakimiyyəti qarşıdakı yerli seçkilərin (2019-cu ilin sentyabrında) keçirilməsi vaxtı ATƏT […]

Husilər Səudiyyə Ərəbistanının Nacran aeroportuna hücum edib

Yəməndə qiyamçı husilər pilotsuz aparatlarla Səudiyyə Ərəbistanının Nacran aeroportuna hücum ediblər. APA-nın xəbərinə görə, bu barədə “Al-Masira” telekanalı məlumat yayıb. Yəmənlə sərhəddə yerləşən Nacran aeroportu 4 il bağlı qalıb, bu ilin mayında açılıb. Aeroportun bağlanmasına səbəb Yəməndəki müharibə olub. Husilər son hücum zamanı aeroporta 2 pilotsuz aparatla hücum etdiklərini, dispetçer məntəqəsini, pilotsuz aparatlar üçün anqarları […]

Həftənin birinci gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 29-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti […]

Berdımühəmmədov müəmması – artistlər özlərini “kəsirlər”

Ötən həftənin bu günləri Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovun (qısa olması üşün bundan sonra QB) barəsində qara xəbər yayılmışdı. Məşhur mahnının misrasında deyildiyi kimi, “qara xəbər tez yayılırmış”, QB-nin ölüm xəbəri bir neçə saat ərzində bütün postsovet məkanına yayıldı, yüzlərlə sayt bu xəbəri “kopi-peyst” üsulu ilə tirajladı. Türkmən rəsmilər isə dərhal təkzib açıqlaması ilə çıxış etməyə […]

İnternetdə yeni dələduzluq: “Google” təqviminiz təhlükədədir

Getdikcə daha çox adamın həm iş həyatında, həm də özəl yaşamında internetdən istifadə etməsi səbəbilə bu məkana dələduzların axını daha da sürətlənib. Ancaq çoxumuz e-poçtlarımızı, sosial media hesablarımızdakı tətbiqetmələri qorumağı öyrəndiyimizə görə dələduzların yeni yollar axtarıb, tapmağı da olduqca məntiqlidir. Özümüzü bu dələduzlara qarşı qorumağımız getdikcə daha da çətinləşir. Çünki, artıq bu dələduzlar “google” təqviminizi […]

Bəzi malların aksiz dərəcələri endirildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Virtualaz.org-un məlumatına görə, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır. Qüvvədə olan qərara görə, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib. Qeyd […]

Yerevanda lift 12 metr hündürlükdən şaxtaya düşdü

Yerevanda yerləşən yaşayış binalarından birində içərisində iki nəfərin olduğu lift şaxtaya düşüb. “Report” xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, liftin burazı qırılıb və o, içəridə olan iki nəfərlə birlikdə 12 metr yüksəklikdən şaxtaya düşüb. Kabinədə olan hər iki nəfər son dərəcə ağır travma alıb. Yaralılar xəstəxanaya […]

Ərdoğan Azərbaycanla fındıq anlaşması, ABŞ-ın təzyiqləri və yeni partiya quranlar haqda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün iyulun 27-də partiyasının regional təşkilatlarının rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı AKP-dən ayrılıb yeni partiya qurmaq istəyənlər, Azərbaycanla fındıq anlaşması və ABŞ-ın təzyiqləri barədə danışıb. Virtualaz.org xəbər verir ki, Ərdoğan yeni partiya qurmaq istəyən Əli Babacana, Əhməd Davudoğluna və Abdullah Gülə ad çəkmədən istehza edib. “Biriləri partiya qururmuş, heç bunları vecinizə almayın. Çox içimizdən ayrılıb partiya […]

Qüdrət Həsənquliyev: “O çağırışı edənlərin biri qorxusundan ayağını Bakıya qoymayacaq” – MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Lent.az -a müsahibəsi: – Deputatlar artıq məzuniyyətdədilər, necə istirahət edirsiniz? – Həmişəki kimi iş başındayam. Ola bilsin avqust ayı 7-8 gün işdən aralanım, amma qalan vaxtlarda işdəyəm. – Payız aylarından gözləntiləriniz nədir? Sizcə, siyasi fəallıq necə olacaq? – Dekabr ayında bələdiyyə seçkiləri olduğu üçün oktyabr-noyabr aylarında siyasi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031