Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 31-nə olan məzənnəsini açıqlayıb. “APA-Economics”in AMB-yə istinadən verdiyi məlumata görə, 31.07.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

“Ərdoğanla Əliyevin apardığı danışıqlar nəticəsində…”

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) İdarə Heyətinin sədri Hikmet Eren Azərbaycan hökumətinin Türkiyə vətəndaşları üçün viza tətbiqinin aradan qaldırmasına münasibət bildirib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, iki ölkə arasındakı bu anlaşmanın mühümlüyünə diqqət çəkib, vizasız gediş-gəlişin ölkələr arasında əlaqələri bir az da genişləndirəcəyini, iqtisadi baxımdan qazanacaqlarını dilə gətirib. “Tariximizin təməlində yüksələn qardaşlığımız, […]

Sumqayıtda avtomobil nənə və 5 yaşlı nəvəsini vurdu

Sumqayıt şəhərində nənə və 5 yaşlı nəvəsini avtomobil vurub. “Report”un məlumatına görə, hadisə şəhərin 26-cı məhəllə ərazisində baş verib. Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Gilə Əhəd qızı Hüseynova nəvəsi, 2014-cü il təvəllüdlü Məryəm Cavid qızı Muradovanı hazırlıqdan gətirən zaman hər iki şəxsi avtomobil vurub. Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyəti ağır […]

Sabah 41 dərəcə isti olacaq

İyulun 31-Bakıda və Abşeron yarımadasında də hava günəşli olacaq. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi […]

“Azərkosmos” bu il 18,6 milyon dollarlıq xidmət göstərib

Bu ilin I yarısında “Azərkosmos” ASC 19 ölkəyə 18,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. Virtualaz.org bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir. Məlumata görə, “Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin 87,5%-ni təşkil edib. Təkcə […]

Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticə göstərən idmançı və məşqçilər mükafatlandırıldı-SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılır: Birinci yeri tutan hər bir idmançı – 10 000 […]

Arvadını güllələyən keçmiş prezident müşavirinə edam cəzası

Tehranın keçmiş meri və İran prezidentinin keçmiş müşaviri Məhəmməd Əli Nəcəfi arvadını güllələdiyi üçün edam cəzasına məhkum edilib. Virtualaz.org “Mehr” agentliyinə istinadla xəbər verir ki, Nəcəfinin barəsində edam cəzasının kəsilməsi haqda İranın məhkəmə orqanlarının rəsmi nümayəndəsi Qulamhüseyn Esmaili bildirib. Onun dediyinə görə Nəcəfinin barəsində şəriət qanunları ilə hökm çıxarılıb. Şəriət qanunları adam öldürməyə görə edam […]

Meyvə-tərəvəzi bahalaşdıran kimlərdir?

Yayın bitməsinə vur-tut cəmi 1 aydan bir qədər çox zaman qalıb. Ancaq bu yay sadə istehlakçının dilindən düşməyən bir neçə kəlmə hər birimizə çox yaxşı tanışdır. “Bazarda tərəvəzin, meyvənin qiyməti od tutub yanır, baxa-baxa qalırıq. Deyəsən, nə mürəbbə bişirə, nə də turşu tuta biləcəyik. Heç özümüz bolluca yeyə bilmədik, qışa necə tədarük edək?!” Həqiqətən hər […]

İki gün əvvəl evlənmiş gənc üç dostu ilə birlikdə öldü

…Onlar eyni kənddə böyüyüblər, bir məktəbdə oxuyublar, uşaqlıq dostu, sinif yoldaşı olublar. Alın yazıları da oxşar imiş. Qismətlərinə bir yerdə, eyni məkanda ölmək yazılıbmış… Söhbət iki gündür hamını sarsıdan dörd dostun faciəli ölümündən gedir. Onlar iyulun 28-də Kürdəxanı çimərliyi ərazisində boğulublar. Haşiyə çıxaraq bildirək ki, çimərlik mövsümü başlayandan az qala hər gün iki-üç nəfərin dənizdə […]

“Türkiyə və Rusiyadan kömək istənilməlidir” – Qüdrət Həsənquliyev

Bir neçə gün öncə Xəzər dənizinə düşmüş “MİQ 29″ qırıcısının axtarışları hələ də davam edir. Müdafiə naziri Zakir Həsənov hər gün şəxsən qəza ilə bağlı yaradılmış qərargaha baş çəkir və təyyarənin tapılması istiqamətində görülən işlərə nəzarət edir. Amma artıq 5 gündür ki, axtarışlar heç bir nəticə vermir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031