Rəsmi Vaşinqtonun Türkiyəyə “yox” deməsində İsrailin barmağı var imiş

ABŞ-ın Türkiyəyə F-35 qırıcıları satmaqdan imtina etməsində İsrailin əli var. Bu haqda “The Times of İsrael” “Channel 12” telekanalına istinadən məlumat yayıb. Kanalın yaydığı xəbərə görə, son aylar ərzində İsrail rəsmiləri ABŞ administrasiyası ilə danışıqlar aparıblar. Onların məqsədi ABŞ-ı Türkiyəyə F-35 qırıcıları satmaqdan çəkindirmək olub. Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyəyə F-35 satmaqdan imtina edib. […]

Mədəniyyət naziri Qazaxıstanın ölkəmizdəki səfirini qəbul edib – FOTO

Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevi səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul etdi. Səfir Beybit İsabaev Azərbaycanda çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açdı. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından […]

Rusiyada 50 il əvvəl qəzaya uğramış vertolyotun qalıqları tapılıb

Rusiyada 50 il əvvəl qəzaya uğramış Mi-6 vertolyotunun qalıqları Xantı – Mansiyk muxtar dairəsinin Açimov rayonu ərazisində aşkarlanıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən məlumat yayıb. Qəzaya uğramış vertolyotun qalıqları Xantı – Mansiyk muxtar dairəsinin Surqut rayonunda uçuş keçirən helikopterin pilotları tərəfindən aşkar olunub və bu barədə […]

Kraliçanın ailəsi ilə bağlı gizli məqamlar üzə çıxdı

Onun ən son arzusu şahzadə ilə ailə qurmaq idi. Amma elə birinci görüşdən, ilk baxışdan aşiq oldu. Danimarkanın kraliçası II Marqaret və həyat yoldaşı Henrix artıq 52 ildir bir həyatı paylaşır, eyni yastığa baş qoyurlar. Kim deyir ki, ailə həyatı yağ və bal gölüdür. Düz 52 ildir, bu gözəl cütlük həyatın bütün çətinliklərinə, tufanına birgə […]

Aİ: “ABŞ-ın Cavad Zərifə sanksiya tətbiqindən məyusuq”

ABŞ-ın tətbiq etdiyi sanksiyaya baxmayaraq, Avropa İttifaqı (Aİ) İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə dialoqu davam etdirəcək. APA-nın xəbərinə görə, bunu Brüsseldə brifinq zamanı Avropa İttifaqının Xarici Siyasət Xidmətinin nümayəndəsi Karlos Ruis de Qordexuela bildirib. O vurğulayıb ki, Avropa İttifaqı ABŞ-ın Cavad Zərifə sanksiya tətbiq etməsindən məyusdur. Qeyd edək ki, ötən gün ABŞ M.C.Zərifə […]

Bu həftə meteor yağışı olacaq

Bu həftə “Perseid” meteor axını baş verəcək. “Report” bildirir ki, səma şousu 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də öz pik zirvəsinə çatacaq. Kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda “düşən ulduz” kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub. Qeyd […]

Uşaqlarımıza “jımıx” yediririk, sonra onlardan Eynşteyn olmağı tələb edirik…

Gözlük taxan şagirdlərin sayı sürətlə artır. Uşaqların 70-80 faizi skalyoz xəstəliyindən əziyyət çəkir. Bel əyildikcə, daxili orqanlar tədricən sıradan çıxır, valideynlərin bir ayağı məktəbdə, bir ayağı xəstəxanada qalır. Küçədə-bazarda qarşılaşdığım yeniyetmələrin çoxunun bənizi sarı, dişləri mırıqdır. Tanıdığım gənclərin əksəriyyəti 30 yaşına çatmamış saçları ilə vidalaşmalı olur. Genefondumuz təhlükə qarşısındadır. Bunu anlamaq üçün azca diqqətli olmaq […]

“AZƏRBAYCAN ELMİ BOSTANA OXŞAYIR…” – “İki peraşki, bir vafliyə elmi rəy yazanlar var”

“AzPolitika.info” bir zamanlar siyasət meydanının məşhur isimlərindən biri olmuş, uzun illər Mərkəzi Seçki Komissiyasının üzvü olan, MSK-nın seçkilərlə bağlı yekun protokolunu imzalamayan və 2006-cı ildən sonra ictimai-siyasi proseslərdən çəkilən Ənvər Əliyevlə söhbətləşib. Müsahibəni təqdim edirik: – Ənvər müəllim, 2006-cı ildə Mərkəzi Seçki Komissiyası üzvlüyündən azad edildikdən sonra bir ara fəal mövqe nümayiş etdirsəniz də, hazırda […]

Azərbaycan futbolu tarixində rekord vurulub

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Dandolk” klubunu 3:0 hesabı ilə məğlub edib. APA-nın məlumatına görə, bu, Azərbaycan klublarının 2019/20 mövsümündə keçirilən avrokubok oyunlarında 3-cü böyükhesablı qələbəsidir. “Qarabağ” mövsümdə ilk dəfə belə uğura imza atıbsa, digər iki darmadağına ölkənin ən köklü klubu “Neftçi” imza atıb. “Ağ-qaralar” Moldovanın “Speranta” klubunu hər […]

“Vəziyyətin daha da gərginləşməsi yolverilməzdir” – Mariya Zaxarova

“Rusiya Azərbaycan – Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır”. APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib. O bildirib ki, gərginliyin artması bu yaxınlarda atəşkəsin bərqərar olması ilə bağlı əldə olunmuş razılaşmalara və münaqişənin siyasi yollarla həll edilməsi ilə əlaqədar səsləndirilən bəyanatlara ziddir. “Vəziyyətin daha da gərginləşməsi yolverilməzdir. Münaqişə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2019
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031