Neftdən və qazdan Azərbaycan 144 milyard dollara yaxın gəlir əldə edib

Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2001-ci ildən bu il avqustun 1-nə qədər «Azəri-Çıraq-Günəşli» (AÇQ) neft yataqları blokunun işlənməsindən 143.366 milyard ABŞ dolları gəlir əldə edib. Bu gün avqustun 8-də Fondun yaydığı açıqlamada belə bildirilir. Gəlirin 5.16 milyard dolları bu il əldə olunub. Bundan başqa, ADNF-ə 2017-ci ildən etibarən «Şahdəniz» yatağı üzrə qazın satışından 2.703 milyard dollar daxil olub. Bunun isə 209 milyon […]

Elinanı intihara sürükləyən direktor yenə həbs olunmadı

Bakıdakı 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunan məktəbin direktoru Sevinc Abbasovanın həbs olunmasından ötrü verilən şikayətə baxılıb. Elinanın ailəsi direktorun barəsində ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası bu […]

Mərkəzi Bank dolların məzənnəsi barədə

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən virtualaz.org-a bildirilib ki, sabah üçün dolların məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dolların məzənnəsi bu gün də 1,7000 manat təşkil edib

“Özünü ümummilli lider kimi aparır, Qarabağ məsələsində məzənnəni qaldırır…”

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndində keçirilən “ümumerməni” mitinqində çıxışı zamanı irəli sürdüyü tezislər heç erməni ekspert çevrələrində də müsbət qarşılanmayıb. Xəbər verildiyi kimi Paşinyan Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan “miatsum” şüarını yenidən gündəmə gətirib və deyib: “Qarabağ Ermənistandır, nöqtə”. Rəsmi Bakı artıq Paşinyanın bu çıxışına sərt bəyanatlarla reaksiya verib. Virtualaz.org xəbər verir […]

Rusiya xilasediciləri Xəzərdə Azərbaycan qırıcısının axtarışlarına qoşulur

Rusiyanın Xəzər donanmasının axtarış-xilas etmə dəstəsinin mütəxəssisləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizində qəzaya uğramış MiQ-29 qırıcısının axtarışları üçün göndərilib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb. “50 nəfərlik axtarış dəstəsinin tərkibində “Anatoli Qujvin” kiçik hidroqrafiya gəmisi, “SB-45” xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil “MMK-1-100” kompleksi yer alır”,-məlumatda deyilir. Cənub Hərbi […]

Paytaxtda, “prezident trasında” qəzaya düşən sportkar kimindir…

Özbəkistanın paytaxtı Daşkənddə avqustun 6-da axşam saatlarında baş vermiş qəza sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, paytaxtın “Müstəqillik” küçəsində, yaxud “prezident trasında” baş vermiş qəza zamanı üç maşın toqquşub, ölən və ya yaralanan olmayıb. Sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edən isə qəzaya düşən maşınlardan biri-Nissan GT-R […]

Sumqayıtda 46 yaşlı kişi özünü asdı

Sumqayıt şəhər sakini intihar edib. “Report”un məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində baş verib. Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Elxan Ənsər oğlu Hüseynov yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Hava şənbə günü qızacaq, bazar günü soyuyacaq

“Sabaha havanın temperaturu bu günə nisbətən bir qədər yüksələcək və 30-32 dərəcə isti təşkil edəcək. Avqustun 10-da (şənbə günü) isə zəif cənub-şərq küləyinin üstünlüyü olacaq. Temperaturun yenidən yüksəlməsi gözlənilir”. Bunu virtualaz.org-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, paytaxtda maksimal temperatur 35-37 dərəcə təşkil edəcək, […]

Tramp kütləvi qətliamların olduğu şəhərləri ziyarət edəcək

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ötən həftə kütləvi qırğın nəticəsində ümumilikdə 31 nəfərin öldürüldüyü Ohayo ştatının Deyton və Texasın El Paso şəhərlərini ziyarət edir. Bu şəhərlərin çox sayda sakini prezidentin ritorikasını bu cür zorakılıqlara gətirib çıxarmaqda günahlandırır və onun şəhərlərini ziyarət etməməyə çağırır. Ağ Evin sözçüsü Hoqan Gidli çərşənbə axşamı deyib ki, Trampın bu […]

Almazbek Atambayev polisə təslim olub

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, özü polisə təslim olub. Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır. Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2019
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031