Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik ünvanlayıb. APA-nın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.

BMT: Yer kürəsində kütləvi aclığa cəmi 2 dərəcə qalıb

Yer kürəsinin əhalisi artır, bununla eyni vaxtda planetimizin ehtiyatları da fəlakət sürətilə bitir. Iqlim dəyişiklikləri sayəsində bəşəriyyəti hər kəsin ac qalacağı xoşagəlməz gələcək gözləyir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, BMT-nin İqlim dəyişiklikləri üzrə ekspertlər qrupu (IPCC) bu gün mövzu ilə bağlı, həmçinin Yer səthindən istifadənin iqlimə təsiri ilə əlaqədar xüsusi hesabat yayıb. Sənəd […]

Xalq yazıçısı Anar dənizdə boğulmaqdan son anda qurtulub – ÖZƏL

Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar bu günlərdə ölüm təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə o, “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bildirib. Anar müəllimin sözlərinə görə, bu günlərdə ailəlikcə qardaş Türkiyəyə istirahətə gedib. İstirahətinin son günlərində, Azərbaycana dönməyə bir gün qalmış Egey dənizində boğulmaqdan son anda xilas olub. Xalq yazıçısı hadisəni belə nəql edib: “Orda […]

Erməni mediası minval.az-a qarşı hücuma keçib: səbəbi…

Emil Mustafayev: “…Rus peykindən bundan artıq nə gözləmək olar?” Erməni mediası “Yeni Müsavat” Media Qrupuna daxil olan rusdilli informasiya portalı minval.az-a qarşı qara piar kampaniyası aparır. “Ermənistanın səsi”ndə dərc olunan müəllif yazısında minval.az-ın məqalələri təftiş edilib və onun “Rusiya əleyhinə fəaliyyət göstərdiyi” nəticəsinə gəlinib. Müəllif eyni zamanda qeyd edib ki, guya minval.az saytı rusofobiya ilə […]

Ermənistanda keçmiş deputatın biznesmen qardaşı həbs edilib

Ermənistan parlamentinin keçmiş deputatı və iş adamı Melik Manukyanın qardaşı Robert Manukyan barəsində həbs qətimkan tədbiri seçilib. “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın Kotayk vilayəti ümumi məhkəməsinin hakimi Ovanes Avaqyan avqustun 8-də bu barədə qərar qəbul edib. Bildirilib ki, iş adamı Robert Manukyan hakimiyyət nümayəndəsinə güc tətbiq etməkdə, məhkəmə qərarının icrasına və təhqiqata […]

Frenk Zapata indi də uçan maşın üzərində işləyir – VİDEO

«Flyboard Air» insana tək uçmaq imkanı verən, qaz turbini ilə işləyən şəxsi uçuş aparatıdır. Qurğu bel çantası kimi kürəyə birləşdirilir və reaktiv dartma gücünün köməyiylə insanı havaya qaldırır. Dartma gücü qurğunun yerə yönəltdiyi reaktiv axın sayəsində yaranır. Qurğunu ixtira edən fransız motorlu qayıqçısı Franky Zapata (Frenk Zapata) bu həftə «Flyboard Air» ilə La-Manş boğazını keçib. Bundan əvvəlsə o, […]

ABŞ-ın müdafiə naziri Cənubi Koreyaya səfər edib

ABŞ-ın Müdafiə naziri Mark Esper Cənubi Koreyaya səfər edib. APA-nın xəbərinə görə, bu barədə M. Esper rəsmi “Twitter” səhifəsində yazıb. Səfər çərçivəsində ABŞ-ın Müdafiə naziri Cənubi Koreyanın Prezidenti Mun Cein, Müdafiə naziri Conq-Kyonqdu və Xarici İşlər naziri Kanq-Kyunqva ilə görüşəcək.

“Qarabağ”dan Mahir Emreli açıqlaması – “Bəli, rəsmi təkliflər var”

Qarabağ” futbolçusu Mahir Emreli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Klubun direktoru Emrah Çelikel Qol.az saytına açıqlamasında 21 yaşlı hücumçuyla bağlı xarici klublardan onlara rəsmi və qeyri-rəsmi təkliflər olduğunu təsdiqləyib. “Bəli, Mahirə görə rəsmi və qeyri-rəsmi təkliflər var. Amma biz hazırda APOEL-lə Çempionlar Liqasında keçirəcəyimiz növbəti oyun haqda düşünürük. Gələn həftə keçirəcəyimiz həmin matçdan sonra […]

Masallıda 93 yaşlı kişi evində yanaraq ölüb

Masallıda ölümlə nəticələnən yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) musavat.com-a verilən məlumata görə, rayonun Musaküçə kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1926-cı il təvəllüdlü Babayev Xeyrulla Əjdər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin […]

Türkiyədə üzərində partlayıcı maddələr quraşdırılan şəxs ələ keçirilib

Türkiyənin Şanlıurfa şəhərində üzərində partlayıcı maddə quraşdırılmış şəxs ələ keçirilib. AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi yerlərindən olan Haşimiye meydanında saxlanılan şəxsin üzərində külli miqdarda partlayıcı maddə aşkarlanıb. Hadisə yerinə hərbi mütəxəssislər cəlb olunub. Həmin ərazidə əhalinin hərəkəti qadağan edilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2019
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031