Azərbaycanda maaş artımını nəzərdə tutan sərəncamlar qüvvəyə minib

Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra dövlət qurumlarının əməkdaşlarının maaşlarının artırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar qüvvəyə minib. Sentyabrın 1-dən qüvvəyə minən Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq […]

Yəməndə hava hücumu nəticəsində 50 nəfər ölüb

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ən azı 50 hərbi əsir ölüb. “Report” xəbər verir ki, bu barədə məlumatı “Sınxua” agentliyi “Ənsar Allah” hərəkatının (husilər) bəyanatına istinadən yayıb. Hadisə Damar əyalətinin mərkəzində baş verib. “Reuters” agentliyinin məlumatına görə, koalisiya qüvvələri 6 aviazərbə endirib.

Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib

Azərbaycan əsilli Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib. APA-nın “lenta.ru” saytına istinadla verdiyi məlumata görə, polis E. İsayevi Rusiyada qalma rejimini pozmaqda günahkar sayıb və 5 min rubl cərimələyib. Hazırda E. İsayev Leninqrad vilayətində Miqrantların Müvəqqəti Saxlama Mərkəzində saxlanılır və Azərbaycana deportasiya ediləcək. Qeyd edək ki, Azərbaycan vətəndaşlığından 18 il əvvəl imtina edən E. İsayev […]

ABŞ-ın Texas ştatında atışma zamanı 5 nəfər ölüb, daha 21 nəfər yaralanıb

ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin və yaralananların sayıartıb. “Report” xəbər verir ki, bu barədə “Fox 4” telekanalı bildirib. Telekanalın məlumatına görə, silahlı insident zamanı ölənlərin sayı 5nəfərə çatıb. Polisdən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə zamanı 5 nəfər həlak olub, daha 21 nəfər yaralanıb. Daha əvvəl “The New York Times” Midlend şəhərininmeri Cerri Moralesə istinadən xəbər verib ki, hadisə zamanı 2 nəfər həlak olub, […]

Müəllimlərin maaşlarının artırılması ilə bağlı sərəncamlar qüvvəyə mindi

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam qüvvəyə minib. Sentyabrın 1-dən qüvvəyə minən sərəncamlara əsasən, dövlət […]

İsmayıllıda bədbəxt hadisə: 22 yaşlı gənc faciəvi öldü

İsmayıllıda 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə İvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Jaben Aleksandr Nikolayeviç yaşadığı evdə elektrik naqilini təmir edərkən ehtiyatsızlıq edib və cərəyan onu vuraraq öldürüb. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon Şöbəsinə aparılıb. Faktla bağlı […]

Erməni zabit əsgərləri tərəfindən döyüldü

Ermənistan orusunun 4 əsgər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan Baş İstintaq İdarəsinin nümayəndəsi bildirib ki, əsgərlər zabiti döyməkdə şübhəli bilinir. Hadisə ilə bağlı açılan cinayət işində göstərilib ki, əsgərlər zabitə yüngül və ya orta xəsarətlər yetirib. Onların əməlləri öz təsdiqini tapdığı halda, hərbçiləri 8 ilə qədər həbs cəzası […]

Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi ləğv edildi – BU GÜNDƏN

Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi bu gündən ləğv edilib. “Cümhuriyyət” xəbər verir ki, iyulun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb. Qeyd edək ki, Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşlarının Azərbaycanda vizasız qalma müddətləri 30 gün müəyyənləşdirilib.  

Əhali ən çox bu nəqliyyat vasitəsindən istifadə edir

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 983,7 milyon […]

Atəşkəs rejimi 23 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə “Cümhuriyyət”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30