Özbəkistan “Google”, “Yandeks”, “Alibaba” və “Neftlix” şirkətlərinə vergi tətbiq edəcək

Özbəkistan 2020-ci il yanvarın 1-dən ölkədə internet xidmətləri göstərən “Google”, “Yandeks”, “Alibaba” və “Neftlix” şirkətlərinə vergi tətbiq edəcək. AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, ölkənin yeni Vergi Məcəlləsinə bununla bağlı maddə əlavə olunub və vergi ümumi gəlirin 20 faizi həcmindədir. Məlumatda bildirilir ki, 2017-ci ildən Rusiya “Google” və “Apple” şirkətlərinə 18 faiz həcmində vergi […]

Payız fəsli bu saatdan başlayacaq

Bu il Azərbaycanda payız fəsli sentyabrın 23-ü saat 11:50-də başlayacaq. Bu barədə Lent.az-a AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikaylov deyib. O qeyd edib ki, həmin gün gecə-gündüz bərabərliyi baş verəcək: “Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək. Bununla da şimal yarımkürəsində payız fəsli başlayacaq”. X.Mikayılov […]

Biləcəridə yol çökdü

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb. Bu barədə “Cümhuriyyət”ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Məlumatda deyilir ki, baş vermiş qəzanın aradan qaldırılması […]

Koçaryanın tərəfdarları mitinq keçirirlər

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ona qarşı irəli sürülən ittihamların Konstitusiyaya uyğunluğu barədə müraciəti ilə bağlı Yerevanda iclas keçirən Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb. R.Koçaryanın 100-dək tərəfdarı onu dərhal azadlığa buraxmağı tələb edir. “Report” xatırladır ki, iyunun 25-də Apellyasiya Məhkəməsinin qərarı ilə həbs edilən R.Komaryana qarşı 2008-ci il prezident seçkilərindən sonra kütləvi iğtişaşlarla bağlı […]

Rusiyada hücum təyyarəsi qəzaya uğradı

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Şimali Qafqazda qeydə alınıb. Su-25UB tipli hücum təyyarəsinin qəzaya uğradığı bildirilir. Təyyarədə olan hər iki pilot karapult edib. Onların taleyi hələlik məlum deyil.

Nazirlər bir-bir YAP qərargahında hesabat verəcək – RƏSMİ

Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. Bu barədə hakim partiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumata əsasən layihənin məqsədi prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan […]

Bu küçələr bağlanacaq – DİQQƏT

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə saat 13:00-dan başlayaraq axşam saatlarına qədər Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə “Cümhuriyyət”ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, həmçinin bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Nəsimi rayonu, Ceyhun bəy Hacıbəyli küçəsi, Binəqədi rayonu Məsud Davudoğlu […]

Yeni 43 məktəb istifadəyə veriləcək – RƏSMİ

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə […]

Milli Qəhrəman Albert Aqarunova heykəl ucaldılır

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədi ilə heykəli ucaldılır. Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib. Onun sözlərinə görə, heykəl Nərimanov rayonunda milli qəhrəmanın adını daşıyan küçədə ucaldılır: “Hazırda heykəlin quraşdırılma işləri gedir”. Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix […]

İTV yeni mövsümə DƏYİŞİKLİKLƏRLƏ BAŞLANIR

İctimai Televiziya və Radio Yayımları Şirkəti mövsümə bəzi yeniliklərlə start verir. Bu barədə “Cümhuriyyət”ə İTV-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, biri-birindən maraqlı, xarici-lisenziyalı və yerli layihələrlə tamaşaçıların görüşünə gələcək İTV auditoriyanı öz fərqli dəst-xətti ilə sevindirəcək. Qeyd edilib ki, “Fatehin divanı” və “Ötən günlər” adlı tok-şoular efir məkanına yenilik bəxş etmiş olacaq. Yeni mövsümün […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30