İlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Peşə məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi bu gün başa çatır. Təhsil Nazirliyindən “Cümhuriyyət”ə bildirilib ki, bu günə olan statistik məlumatlara görə, 5 500-ə qədər namizəd sənəd qəbulunda iştirak edib. Dərzi, kompüter operatoru, xalçaçı, elektrik qaz qaynaqçısı, aşpaz ən çox müraciət olunan ixtisaslar arasında yer alır. Müsabiqəyə birinci mərhələdə iştirak etməyən […]

Əfqanıstanda NATO-nun iki əsgəri öldü

Əfqanıstanda NATO-nun iki əsgəri həlak olub. APA-nın “military.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” əməliyyatının komandanlığı məlumat yayıb. NATO rəsmiləri terror aktı nəticəsində həlak olan əsgərlərdən birinin Rumıniya, digərinin isə ABŞ-dan olduğunu təsdiqləyiblər.

“İnterpol” xətti ilə Türkiyədə həbs edilən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H.Hacıyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli […]

Kafedə avtomatla iki nəfəri güllələyən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Hikmət Abbasquliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, H.Abbasquliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. […]

Dollar sabah neçəyə olacaq? – AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların sentyabrın 6-na olan məzənnəsini açıqlayıb. “Cümhuriyyət” məlumat verir ki, Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Azərbaycana qida məhsulları idxal edən şirkət 17 min avro cərimələnib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Food Fruit Vegetables” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib. “Report”un xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərib. Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər […]

Mübahisəli qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi nəhayət, bu il Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. O bildirib ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi tam hazırdır və Milli Məclisin payız sessiyasının plenar iclaslarının birinə təqdim olunacaq: “Qanun layihəsində narazılıq doğuran məsələlər var […]

Jurnalistlərə verilən binadakı “kupça”larla bağlı YENİ XƏBƏR

Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərin ikinci binasının sənədləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən bildirilib ki, ölkə rəhbəri möhtərəm cənab Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada […]

“Rus kanalları başdan-ayağa təbliğat vasitəsidir” – Zeynal Məmmədli

“Xarici kanallara baxan vətəndaş üçün öz ölkəsinin həyatı tədricən maraqsızlaşacaq, o təsirə düşəcək” “AzPolitika.info” Azadlıq Radiosunun Bakı bürosunun sabiq direktoru, media eksperti Zeynal Məmmədli ilə jurnalistika, televiziyalarımızdakı durum, xarici informasiya axını, bunun mümkün təsirləri və təhlükəsi mövzusunda söhbətləşib. Müsahibəni təqdim edirik: – Zeynal müəllim, neçə müddətdir ki, KİV-lərdə çıxışlarınıza rast gəlinmir. Fəal ictimai fəaliyyətdən çəkilmisinizmi? – Mən media […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30