Azərbaycan məktəbliləri Beynəlxalq Meqapolis Olimpiadasında 5 medal qazanıblar

Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib. Təhsil Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər. İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə  bürünc medala layiq görülüblər. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika […]

Azərbaycan əhalisinin 1,2 milyonu qaçqın və məcburi köçkündür

“Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4 %-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır”. APA-nın xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT […]

Bakıda bankın şöbə müdirini vurub öldürən yeniyetməyə 3 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Q.Qurbanov 3 il azadlıqdan məhrum edilib. İttihama görə, ötən il dekabrın 21-i saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən […]

Dolların sentyabrın 9-na olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların sentyabrın 9-na olan məzənnəsini açıqlayıb. “Cümhuriyyət” məlumat verir ki, sentyabrın 9-u üçün Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Keçmiş həyat yoldaşının ərini bıçaqladı – HÖKM

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Mahir Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Neymətov 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, məlum cinayət hadisəsi bu il Nizami rayonuÇobanzadə küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü […]

“Qafqaz Lizinq” səhmlərini ləğv edib

“Qafqaz Lizinq” ASC qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat yayıb. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi açıq səhmdar cəmiyyətinin çevrilərək məhdud məsuliyyətli cəmiyyət olmasıdır. Belə ki, “Qafqaz Lizinq” nominal dəyəri 1000 (bir min) manat olan 660 (altı yüz altmış) ədəd sənədsiz adi adlı səhm

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu başlayır

Sentyabrın 10-da 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start veriləcək. Təhsil Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya […]

Azərbaycan yığması Rumıniyaya qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super finalında (European Beach Soccer League) növbəti oyununu keçirib. APA-nın məlumatına görə, Rumıniya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurublar. Qeyd edək ki, yığma sabah Çexiya ilə qarşılaşacaq.

“Elə bilirsiniz ki, Bakıdakı ermənilər Ermənistanı müdafiə etmir?” – Vahid Əhmədovdan sensasiyalı açıqlamalar

“Elə bilirsiniz ki, Bakıdakı ermənilər Ermənistanı müdafiə etmir? Arxivlər açılmalıdır və  kimin  kim  olduğu  bilinməlidir” “Aprel döyüşlərini davam etdirmək lazım idi…Artıq müharibə məsələsində güzəştə getməyə yol yoxdur” “Rusiya Dağlıq Qarabağın açarını itirib, indi o açar öz əlimizdədir” Modern.az saytının “Qarabağ söhbəti” layihəsi çərçəvəsində  Milli Məclisin deputatı Vahid Əhmədovdan müsahibə götürüb. – Vahid müəllim, bu dəfə sizinlə […]

Direktor müavini olmaq üçün müsahibə mərhələsi başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üçün işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb. Bu barədə “Cümhuriyyət”ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edək ki, ümumilikdə işə qəbul üzrə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30