Vaqif Əsədov “dosta zəng” edən, “qırmızı”da keçən sürücülərdən DANIŞDI

Yerli mediada, eləcə də gündəlik həyatımızda ölkədə, eləcə də Bakıda baş verən qəzalarla bağlı tez-tez məlumatlar əldə edirik. Lent.az mövzunun aktuallığını nəzərə alaraq son dövrlər baş verən yol-nəqliyyat hadisələri ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla müsahibəni təqdim edir: – Ötən illərlə müqayisədə bu il yol-qəzalarının […]

Azərbaycanda daha bir ana ÖLÜMÜ

Goranboyda ana doğuş zamanı ölüb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. 22 yaşlı rayon sakini Quliyeva Əfsanə Əfqan qızı doğuş zamanı həyatını itirib. Doğuş zamanı Ə. Quliyevanın qız övladı dünyaya gəlib. Ana ölümünün səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

AŞPA-nın payız sessiyasının gündəliyi MƏLUM OLDU

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın 30-dan oktyabrın 4-dək keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb. “Cümhuriyyət” xəbər verir ki, Avropa Şurasının 70 illiyinə həsr olunan və Assambleyanın sabiq sədrlərinin də iştirakı ilə keçiriləcək sessiyada oktyabrın 1-də Fransa prezidenti Emmanuel Makron çıxış edəcək, sonra da Assambleya üzvlərinin suallarına cavab verəcək. Sessiyada Krım tatarları, iqlim köçkünləri, Şərqi Avropada […]

Dilqəm və Şahbazın azad edilməsi ilə bağlı kommunikasiya ilin sonunadək yekunlaşacaq

Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kommunikasiya davam edir. Kommunikasiyanın bu ilin snunadək yekunlaşması gözlənilir. Bunu özəl olaraq Trend-ə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. A.Bağırov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, bu istiqamətdə bütün zəruri tədbirlər görülməkdədir. Kollegiya sədrinin sözlərinə görə, bu ilin […]

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən “Cümhuriyyət”ə verilən məlumata görə, zəlzələ Cəlilabad stansiyasından 14 km cənubda, 3.0 maqnitudada, 24 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

450 ev qazsız qaldı – SƏBƏB

Ağsu şəhəri 3-cü məhəllə adlanan yaşayış massivində daş hasarı qaz xəttinin üzərinə uçub.  Bu barədə “Cümhuriyyət”ə Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, bərpa işləri ilə əlaqədar ətrafdakı 450 evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bu sığorta şirkəti müştərilərə ödəniş etməkdə çətinlik çəkir

Mətbuatda ayrı-ayrı müştərilərin “Standart İnsurance”lə bağlı şikayətlərinə kifayət qədər tez-tez rast gəlinir. “AzPolitika.info” xəbər verir ki, sığorta bazarında kifayət qədər kiçik paya malik olan və qətiyyən liderlər sırasına daxil olmayan “Standart İnsurance”-in cari ilin ilk yarısına aid göstəriciləri şirkətin vəziyyətinin ürəkaçan olmadığından xəbər verir. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta […]

Daxili işlər naziri Əkrəm İmamoğlunu işdən çıxarmağa hazırlaşır?

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbul Böyük Şəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunu yenidən hədəfə alıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazir Əkrəm İmamoğlunun ondan əvvəlki bələdiyyə başqanının dövründə bələdiyyə üçün ehtiyac olmadığı halda kirayələnən yüzlərlə avtomobili Yenikapı meydanına yığıb israfçılığın bariz nümunəsi kimi xalqa nümayiş etdirmək təlimatından qəzəblənib. “Bələdiyyə işi şou deyil. […]

“Bu tamaşanın nəticələrini beynəlxalq ictimaiyyət tanımayacaq” – XİN

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkiləri”nin keçirilməsinə münasibət bildirib. “Cümhuriyyət” məlumat verir ki, L. Abdullayeva bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrinə əsasən ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “seçkilər” donu ilə təqdim edilən növbəti şounun təşkili nəzərdə tutulur. Onun sözlərinə görə, hər kəsə çox yaxşı […]

Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin nəticəsi açıqlanıb

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Fonddan “Cümhuriyyət”ə verilən məlumata görə, Xanlar Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib,  1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30