“ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib” – Ərdoğan

“ABŞ-ın Suriyadakı terrorçulara 50 min TIR-dan artıq silah-sursatı göndərməsi bizi ciddi şəkildə narahat edir”. “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. “ABŞ-ın keçmiş prezidenti Barak Obamanın vaxtında “gəlin, təhlükəsiz bölgə yaradaq” təklifini irəli sürdüm. Təəssüf ki, bu təklifimə […]

“Azərbaycan üçün uyğun məşqçi deyiləm” – Covanni Kaprara

“Düşünürəm ki, hazırda mənim rəyim vacib deyil, çünki müqaviləm artıq bitib. Mentalitetdə nəzərə çarpan fərqlərə görə həm mənim üçün və həm də oyunçular üçün çətin bir yay oldu”. Bunu APA-ya açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Covanni Kaprara deyib. İtaliyalı çalışdırıcı yığma ilə müqaviləsinin uzadılmamasının səbəbini açıqlayıb. O bildirib ki, qısa müddətdə […]

Kərbəlada bu gün 31 nəfər ölüb

İraqın Kərbəla şəhərində Aşura mərasiminin keçirilməsi zamanı yaranan basırıq zamanı 31 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb. Qeyd olunub ki, xəsarət alanların sayı 100-ə yaxınlaşıb. İraq Səhiyyə Nazirliyi 16 nəfərin ölüm faktını təsdiqləyib.

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların sentyabrın 11-nə olan məzənnəsini açıqlayıb. 11.09.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

18 yaşlı qızı oğurlayan kişi “Ekologiya postu”nda saxlanılıb

“Ekologiya postu”nda adam oğurlayan şəxs saxlanılıb. “Report”un xəbərinə görə, Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb. Hadisə Bakı şəhərində qeydə alınıb. Dərhal aparılan əməliyyat-axtarış nəticəsində müəyyən olunub ki, R.İslamov idarə etdiyi “Hyundai” markalı […]

“Aşura” ilə əlaqədar 5 719 nəfər nəfər qan verib

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 719 nəfər nəfər könüllü olaraq qan verib. Bu barədə Səhiyyə Nazirliyindən “Cümhuriyyət”ə bildirilib. Nazirlikdən qeyd edilib ki, saat 16:30-a olan məlumata əsasən, bu şəxslərdən 2573 litr qan tədarük olunub.  

Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilmiş 4 qurumunun kreditorlarına müraciət edib

Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilmiş İqtisadiyyat Komitəsinin, Kino Xidmətinin, Ekspertiza Mərkəzinin, Xarici əlaqələr və investisiya proqramları departamentinin kreditorlarına müraciət edib. “Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Müraciətdə deyilir ki, kreditorlar yaxın 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına bildirə bilərlər.

NATO-nun keçmiş baş katibinin fikirləri Gürcüstanda narazılıq doğurub

NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussenin Tbilisidə keçirilən “İndi nə?” beynəlxalq konfransda səsləndirdiyi bəzi fikirlər Gürcüstanda narazılıqla qarşılanıb. “Report”un yerli bürosunun xəbərinə görə, A.F.Rasmussen tədbirdə çıxışı zamanı bildirib ki, Gürcüstanda ölkənin Abxaziya və Cənubi Osetiya bölgələri olmadan NATO-ya üzvlük məsələsi müzakirə olunmalıdır. NATO-nun sabiq baş katibinin fikirlərinə münasibət bildirən parlament çoxluğunun rəhbəri Gia Volski […]

Baş Prokurorluq Novruzovun açıqlaması ilə bağlı araşdırma aparmır

Baş Prokurorluq deputat Siyavuş Novruzovun açıqlaması ilə bağlı heç bir araşdırma aparmır.Bunu Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Xatırladaq ki, daha əvvəl Siyavuş Novruzov bəzi keçmiş nazirlərin vəzifədə olarkən milyardlar oğurladıqları ilə bağlı qalmaqallı açıqlama vermişdi. Onun açıqlaması ictimaiyyət arasında böyük rezonansa səbəb oldu və sosial şəbəkə istifadəçiləri qeyd etdilər ki, bu […]

Bu il 1716 nəfər əlilliyi olan şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin ötən dövründə 1716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin olunub.  Bu barədə “Cümhuriyyət”ə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onların hər biri ilə əmək müqaviləsi bağlanaraq elektron sistemdə qeydiyyatdan keçirilməklə rəsmiləşdirilib. Eyni zamanda əlilliyi olan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30