Bakı Yol Polisindən valideynlərə və sürücülərə TÖVSİYƏ

Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən “Cümhuriyyət”ə verilən məlumata görə, təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcək. İdarənin valideynlərə müraciətində qeyd olunur ki, hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət […]

Azərbaycanda məhkum öldü

Bakıda məhkum ölüb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 54 yaşlı Əfqan Teyyub oğlu Şükürov xəstəlikdən dünyasını dəyişib.

Parlament partiyaları dəyirmi masada nə üçün olmadı ?

Bu gün Ana Vətən Partiyasının (AVP) təşəbbüsü ilə “Park İNN” mehmanxanasında “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən tədbir bir sıra cəhətlərinə görə diqqət mərkəzinə düşüb. Qeyd edək ki, sözügedən tədbir əsasən siyasi partiyaların birgə müzakirəsinə və xarici müdaxilələrə qarşı siyasi partiyaların vahid iradəsinin ortaya qoyulmasına hədəflənib. Tədbirin təşkilatçısı olan AVP sədri, deputat Fəzail Ağamalı belə […]

Azərbaycanda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb. Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.

“Bu gənclər gələcəyə nikbin baxmağımıza əsas verir” – Vaqif Sadıqov

“Azərbaycan millisinin Uels və Xorvatiya yığmalarına qarşı sərgilədiyi futbol, oyun nizam-intizamı bizi qane etdi. Düzdür, Kardiffdə heç-heçə hesabını sonadək qoruya bilmədik, amma bunun da obyektiv və subyektiv səbəbləri var”. Bunu “Report”a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Uels yığmasına məğlubiyyətini və Bakıda Xorvatiya ilə heç-heçə oynamasını şərh edərkən deyib. 60 […]

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçiblər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və onlar […]

“Pulumu əcnəbi məşqçilərin yeməsini istəmirəm” – Xalq artisti

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının (AFİAHİ) təsis konfransı keçirilib. Sport7.az xəbər verir ki, konfransda futbol adamları ilə yanaşı bir sıra tanınmış şəxslər də iştirak edib. Qonaqlar sırasında xalq artisti Ağadadaş Ağayev də yer alıb. Milli komandamızın Xorvatiya ilə oyunu və xorvat baş məşqçisi Nikola Yurçeviç haqda […]

“Sədərək” ticarət mərkəzinə qarşı 146 minlik iddia

Türkiyəli iş adamı Salih Uzun Hasan “Sədərək” firmasını (Ticarət Mərkəzi) məhkəməyə verib. “Report”un xəbərinə görə, iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. İddiada “Sədərək” firmasına qarşı “daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən və istifadədən geri tələb olunması, maddi və mənəvi ziyanın ödənilməsi və anbar binalarının başqalarına özgəninkiləşdirilməsi barədə müqavilələrin ləğv edilməsi” tələbi qoyulub. İddiaçı S.Hasan cavabdeh “Sədərək” firması […]

“SOCAR Turkey”də yeni təyinat olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib. “SOCAR Turkey”dən “Report”a verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib. Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O həmçinin Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration […]

Azərbaycanda bal idxalına məhdudiyyətlər qoyula bilər

Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə bal idxalına məhdudiyyətlərin tətbiq edilməsinə dair ölkə rəhbərliyinə məktub ünvanlayıb. Bunu “APA-Economics”ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, bununla bağlı müvafiq tədbirlərin tətbiqi ölkədə bal istehsalının sürətlə artacağına şərait yaradacaq. “Dünyada belə bir praktika mövcuddur. Məsələn, Türkiyə idxala məhdudiyyət tətbiq etdikdən sonda bu sahəni sürətlə inkişaf etdirə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30