YPX əməkdaşına ciddi XƏBƏRDARLIQ edilib

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Yol Patrul Xidməti (YPX) avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması faktı ilə bağlı xidməti yoxlama aparılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib. Onun sözlərinə görə, yoxlamanın nəticələri barədə kollegial qurum olan siravi və kiçik […]

Nazir “TurAz Qartalı – 2019” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gediblər. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider […]

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların sentyabrın 13-nə olan məzənnəsini açıqlayıb. 13.09.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılmasına 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Cümhuriyyət” xəbər verir ki, sərəncama əsasən, baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə […]

“Krım Ukrayna ərazisidir” – Azərbaycan “seçkilər”i tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildiirb. XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycan həmin “seçkiləri” tanımır. “Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin […]

AMEA-nın daha iki qurumuna direktor seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib. AMEA-dan verilən məlumata görə, iclasda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçkilər keçirilib. Biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyev isə AMEA-nın Mərkəzi […]

“Bunlar şəxsi zəmində baş verən hadisələrdir” – Natiq Cəfərli

“Bizim Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə fikir ayrılıqlarımız və hər hansı müzakirələrimiz tezislər, proqram sənədləri üzərində olsaydı, daha yaxşı olardı. Mənə elə gəlir ki, bunlar şəxsi zəmində baş verən hadisələrdir”. Bunu APA-ya açıqlamasında “Respublikaçı Alternativ” (REAL) Partiyasının icra katibi Natiq Cəfərli deyib. O bildirib ki, siyasi proseslərə təsir edə biləcək bir partiyanın yaranması və İlqar […]

Misir Mərdanov və daha 4 nəfər institut direktoru seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib. Akademiyadan “Report”a verilən məlumata görə, FRTEB-nin akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, bugünkü iclasda bölmənin Fizika, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri və Biofizika institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək. N.Məmmədov qeyd edib […]

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib. “Report” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 3,25 faiz bəndi azaldılaraq 19,75%-dən 16,5%-ə endirilməsinə qərar verilib. Xatırladaq ki, TMB-nin iyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi artırılaraq 24%-dən 19,75%-ə endirilmişdi.

“Leş Tofiq” və onun dəstəsinin üzvləri ifşa edilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qidaya yararsız ət tədarükü ilə məşğul olan dəstə üzvlərinə qarşı xüsusi əməliyyat keçirib. Daxili İşlər Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat zamanı mütəşəkkil dəstə tərkibində […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30