AFFA-dan yeni yaradılan təşkilatla bağlı BƏYANAT

Kütləvi İnformasiya Vasitələrində yayılan məlumata əsasən, bir qrup şəxs tərəfindən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis edilib. Bəyan edirik ki, bu təşkilatın adında “AFFA” adından istifadə edilməsinə baxmayaraq, adı çəkilən təşkilatın AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyatı yoxdur. Trend-in məlumatına görə, bu barədə AFFA-nın yaydığı bəyanatda bildilir. Rəsmi açıqlamada […]

“Ege hospital”da müalicə alan 20 yaşlı gənc ölüb

Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ege hospital”da ölüm hadisəsi baş verib. “Report”un xəbərinə görə, hospitalda müalicə alan Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib. Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. “Report” məsələ ilə bağlı “Ege hospital”a müraciət edib, lakin xəstəxanadan açıqlama almaq mümkün olmayıb.

Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər

Azərbaycanda işçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan bəzi işlər üzrə tibbi əks göstərişlərin sayı artırılıb. Trend-in məlumatına görə, bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”nda dəyişikliklər edilib. Bu dəyişikliyə uyğun olaraq, uşaq və yeniyetmə (mövsümi) sağlamlaşdırıcı müəssisələrin işçilərinin bu müəssisədə işə başlaması üçün olan tibbi […]

Paytaxtda qəza: 2 qadın kəllə-beyin travması aldı

Bakı dairəvi yolunda qəza baş verib. Bu barədə “Cümhuriyyət”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, baş verən avtoqəza zamanı 2 nəfər, 23 və 27 yaşlı qadınlar kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

“Qarabağ” azarkeşləri UEFA-nın hesabatında birinci yerdə

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşlərinin ən aktiv olduğu klubun adını açıqlayıb. “Report” xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubudur. Ağdam komandasının izləyicilərinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiya “Srvena Zvezda”sı dayanır. Hollandiyanın “Ayaks” klubu isə 3-cü sıradadır. Sosial şəbəkələrdə […]

“Aprel döyüşləri”ndə iştirak edən ermənilər parlamentə çağırılıb

2016-cı ilin “aprel döyüşləri”nə qatılan hərbçilər Ermənistan parlamentinə çağırılacaq. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmin vaxt döyüş mövqelərində olan bütün əsgər və zabitlərin fikirləri dinləniləcək. Bundan başqa, hələ də Ermənistan Müdafiə Nazirliyinin operativ idarəsində çalışan zabitlər də müzakirəyə dəvət alıb.

İlham Əliyev AŞPA Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Cümhuriyyət” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Buyurub müzakirəyə çıxarsınlar, cavablarını verəcəyik…” – Prezidentin köməkçisi

“AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisinin Azərbaycana buraxılmaması ifadəsi kəskin, dəvət vermirdi isə tam başqa ifadədir. Azərbaycan açıq ölkədir, viza sistemi var, istənilən insan bura gələ bilər. AŞPA da bizim tərəfdaş təşkilatlardan biridir. Biz bu təşkilatla əvvəl tərəfdaş, sonra isə üzv kimi əməkdaşlıq edir, onların tövsiyələrini nəzərə alırıq. Əlbəttə, Azərbaycanın öz maraqları, dövlətçilik maraqları var. Azərbaycan […]

DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq

Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin maaşları artırılıb, bununla əlaqədar DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq. Trend-in məlumatına görə, Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ni təsdiq edib. NK-nın qərarı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi […]

Metroda “Wi-Fi” olacaq? – AÇIQLAMA

“Bakı Metropoliteni”nin stansiyalarında fiber optik şəbəkənin quraşdırılması prosesi sürətləndirilib. Bu barədə Trend-ə açıqlamasında “Bakl Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: “Fiber optik şəbəkə mertoda hərəkətin təşkili və daha təhlükəsiz idarə olunması ilə bağlıdır. Şəbəkənin çəkilməsi prosesi qurtardıqdan sonra stansiyalarda “Wi-Fi” quraşdırıla bilər. Bu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30