Şərur Sənaye Məhəlləsi yaradılıb – FƏRMAN

Prezident İlham Əliyev Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. APA-nın xəbərinə görə, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılıb. Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə […]

Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılmasına əlavə pul ayrıldı – SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində […]

İstirahət günlərinin HAVASI

Azərbaycanda istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazdasəhər və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, sentyabrın 15-də isə qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın […]

Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib

Malyariya xəstəliyi dünyada parazitar xəstəliklər içərisində ən geniş yayılmış transmissiv parazitar xəstəlik olub, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə planetin əhalisinin 41%-dən çoxu malyariyaya yoluxma riski altında yaşayır. Hər il orta hesabla dünyanın 100-dən çox ölkəsində 300-500 milyon insan bu xəstəliyə yoluxur. İl ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin […]

Tanışlarının pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs azadlığa buraxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Səbuhi Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, […]

2020-ci il büdcəsinin ilkin göstəriciləri açıqlandı

Maliyyə Nazirliyi “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlamaqla bir ilkə imza atıb. “AzPolitika.info” xəbər verir ki, bununla bağlı nazirliyin mətbuat xidmətinin açıqlamasında qeyd olunur. Büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi istiqamətində növbəti addım olacaq sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas […]

Sabiq məhkəmə sədrinin qətlinin istintaqını Baş Prokurorluq aparacaq

Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. […]

Gələn il Azərbaycanda neftin büdcə qiyməti 55 dollar olacaq

2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barrelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub. “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır.

Rusiyada qızıl ehtiyatının dəyəri 100 milyard dolları keçib

Qızıl Rusiyaya daha çox gəlir gətirir. Son 10 il ərzində bu ölkə diversifikasiya aparmaqla və həmçinin də, Amerika qiymətli kağızlarından tədricən imtina etməklə, öz qızıl ehtiyatını 4 dəfə artırıb. Bu onlara yaxşı dividentlər gətirib. Keçən il Rsiyanın qızıl ehtiyatı 42 faiz çoxlaraq, 109,5 miliyard dollara çatıb. Son bir neçə ildir ki, Rusiya Mərkəzi Bankı qızılın […]

MTRŞ-dən tamaşaçılara MƏSLƏHƏT

Azərbaycan televiziya məkanındakı ictimai yayımçıların efirində müşahidə olunan son tendensiyalar cəmiyyətin maariflənməyə olan tələbatının ödənilməsində mühüm rol oynamaqla audiovizual sahə ilə bağlı ictimai gözləntilərə adekvat reaksiya hesab edilməlidir. “Cümhuriyyət” xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) açıqlama verib. Hazırda Azərbaycanda 92 teleradio yayımçısı və operatorunun fəaliyyət göstərdiyi açıqlanan məlumatda qeyd olunur […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30