Səhər yeməyində turp və zeytun yağı yeyin

“Zeytun yağı əslində yağ deyil, bu, zeytunun suyudur. Zeytun ən faydalı meyvədir. Zeytun yağı ana südünün eynisidir. Yeməklərdə mütləq ondan istifadə olunmalıdır”. e.tibb.az-ın xəbərinə görə, bunu məşhur türkiyəli həkim, daxili xəstəliklər və kardiologiya uzmanı, professor Canan Karatay deyib. Onun sözlərinə görə, ağır xəstələr, xroniki xəstəliklərdən əziyyət çəkənlər, yaşlılar səhər- axşam bir qəhvə fincanı zeytun yağı […]

“Rusiya İsraillə danışıqlarda son mərhələyə çatıb” – Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin İsrailin Avrasiya İqtisadi Birliyinə (EAUE) qoşulmağa yaxın olduğunu, bu ölkənin şirkətlərinin tezliklə Rusiya bazarına sərbəst daxil ola biləcəyi barədə açıqlama verib. “Report” xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı həmçinin Rusiya və İsrail arasındakı sərbəst ticarət razılaşmasının “danışıqlar prosesində son mərhələyə çatdığını” və ticarət əlaqələrinin gücləndirilməsinin böyük əhəmiyyət daşıdığını deyib. […]

DYP-nin Ekoloji Nəzarət Bölüyünə komandir təyin edilib

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. “Report”un əldə etdiyi məlumata görə, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə təyin edilib. Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. M.Mehdiyev daha əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb. Baş Dövlət […]

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların sentyabrın 18-nə olan məzənnəsini açıqlayıb. “APA-Economics”in AMB-yə istinadən verdiyi məlumata görə, 18.09.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Ramil Quliyev Qloriya kubokunda qalib olub

Türkiyənin Antalya şəhərində atletika üzrə Qloriya kuboku yarışları keçirilib. APA-nın məlumatına görə, 21 ölkəni təmsil edən 71 idmançı 10 növdə qüvvəsini sınayıb. Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev də yarışda iştirak edib. Kişilərin 200 m məsafəyə qaçışında mübarizə aparan atlet finişə 1-ci çatıb. Yarışın qalibi olan R.Quliyev məsafəni 20,08 saniyəyə qət edib. Qeyd edək ki, […]

Aşurada zəncirvurma hallarına sədrdən MÜNASİBƏT

“Azərbaycanda Aşura çox sakit şəraitdə keçdi. Demək olar, hər hansı bir qanun pozuntusuna yol verilmədi. Həm mömin insanlar, həm də məscidlərdə çalışan insanlar öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, hər bir vətəndaş Aşura ilə bağlı […]

“Prezident Mun Çje İn uyğun vaxtda Azərbaycana rəsmi səfər edəcək” – “Möcüzə ölkə”nin səfiri ilə söhbət

Çağdaş dünyamızın ən heyrətəmiz uğur hekayələrdən biri Cənubu Koreyanın industrial ölkə kimi inkişafıdır. Cənubi Koreya bir neçə on il ərzində aqrar ölkədən ən müasir texnologiyalar, mühəndis xidmətləri, avtomobillər ixrac edən dövlətə çevrilməyi bacardı. Cənubi Koreyanı xarakterizə edən ən fərqli xüsusiyyətlərdən biri işlərin sürətlə görülməsi və yaradıcı yanaşmadır. 1960-cı illərdə ölkə əhalisinin 72 faizi kənd yerlərində […]

FETÖ-nün əsas fiqurlarından biri 15 il müddətinə azadlıqdan məhrum edilib

Türkiyədə Hakimlər və Prokurorların Ali Şurasının (HSYK) sabiq baş katibi Mehmet Kayanın məhkəməsi keçirilib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə M. Kaya 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, M. Kaya 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddə təqsirləndirilib. O, 2018-ci ilin fevral ayında saxlanılıb. M. Kaya FETÖ terror […]

Şirvanda avtomobil beton dirəyə çırpılıb, 4 nəfər xəsarət alıb

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı,  90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Məhkəmə işini uduzan vəkil ölümlə hədələnir

Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan şəxs təhdidlərə məruz qalıb. “Report”un məlumatına görə, rayonun Vəkillər Bürosunda vəkil işləyən 1957-ci il təvəllüdlü Salahov Elgiz Sabir oğlu hədələnməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib. O müraciətində bildirib ki, rayon sakini 1978-ci il təvəllüdlü Əhmədov Atamoğlandan mülki iş ilə əlaqədar hüquqi yardım müqabilində 1900 manat pul alıb. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30