Mingəçevirdə piyadadan yayınan “Range Rover” səkiyə çırpılıb

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. İdarəetmədən çıxan “Range Rover” markalı minik avtomobili yoldan çıxaraq səkiyə çırpılıb. İlkin məlumata görə, qəzaya hərəkətdə olan “Range Rover”in qarşına qəfil piyadanın çıxması səbəb olub. Sürücü toqquşmadan yayınmaq istəyərkən idarəetməni itirib və qəza baş verib. Hadisə […]

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların sentyabrın 27-nə olan məzənnəsini açıqlayıb. 27.09.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Milli Şuranın mitinqinə razılıq verilib

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.

Gəncədə istifadəyə yararsız ət aşkarlanıb

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. DİN-in Mətbuat xidmətindən bildirilib ki, növbəti belə tədbir sentyabrın 26-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Gəncə şəhərində keçirilib. Gəncə şəhər sakini A.Səmədovun […]

Bakıda iş adamının avtomobilini sürücüsü qarət etdi – 23,765 manat

Bakıda sürücü müdirinin avtomobilini qarət edib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. İş adamı İsmayılov Əlmürsəl Nəsrəddin oğlu polisə müraciət edərək bildirib ki, onun avtomobilindən ayrı-ayrı vaxtlarda 23 min 765 manat oğurlanıb. Zərərçəkmiş bildirib ki, hadisədə Həsən adlı sürücüsündən şübhələnir. Faktla bğalı araşdırma aparılır.

Baş erməni katolikosu Paşinyanla “razborka” aparacaq – “Diz üstə qoyacağıq” ifadəsinə görə

Baş erməni katolikosu 2-ci Qaregin ABŞ-da olan baş nazir N.Paşinyanın İrəvana qayıdışını gözləyir. “AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatının suallarına cavab verən katolikos baş nazirdən kilsə xadimlərinə ünvanladığı “onları dizi üstə qoyacağıq” ifadəsinə görə izahat tələb edəcəyini söyləyib. Həmçinin, baş keşiş Paşinyanla ölkədə mövcud olan ciddi problemləri də müzakirə etmək istədiyini deyib. Xatırladaq ki, ABŞ-a son səfəri […]

Xırdalanda işığın kəsilməsinin səbəbi açıqlandı

Abşeron rayonunun Xırdalan şəhərində bəzi ərazilər işıqsız qalıb. Xırdalanda tikilən yarımstansiya ilə əlaqədar Abşeron rayonu və şəhərin bir hissəsində, xüsusən də Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, yeni tikilən 110 kVt-luq “Xırdalan” […]

İrandan Azərbaycana narkotik keçirən qadınlara bəraət verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə təqsirli bilinən İbrahim Əhmədov, Aynur Abdullayeva və Xalidə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa […]

“Azərbaycan Kredit Bürosu” gələn il yeni xidmətini istifadəyə verəcək

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) yeni skorinq xidmətinin tətbiqi ilə bağlı layihə həyata keçirir. “Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, bu məqsədlə avqustun 1-də Türkiyənin “Kredi Kayıt Bürosu” (KKB) ilə əməkdaşlığa dair müqavilə imzalanıb. Sentyabrdan isə birgə işlərə başlanılıb. 2020-ci ilin aprel ayından göstəriləcək yeni skorinq xidməti kredit tarixçəsi […]

“112 Ukrayna” telekanalının lisenziyası ləğv edilib

“112 Ukrayna” telekanalının rəqəmsal yayım üçün lisenziyası ləğv edilib. APA-nın “rbc.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Televiziya və Radio Yayımı Şurası qərar qəbul edib. Telekanal qərarı qanunsuz hesab edib. Bildirilib ki, onlar ukraynalıların obyektiv informasiyadan mərhum edilməsinə imkan verməyəcəklər. Yayım Şurasından verilən məlumata görə, telekanal mütəmadi olaraq lisenziyanın şərtlərini pozub və bununla […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30