Azərbaycanda vəhşi heyvan saxlayan şəxslərə xəbərdarlıq olunub

Bakıda Böyük Britaniya vətəndaşını meymun dişləyərək xəsarət yetirməsi xəbəri narahatlıqla qarşılanıb. “Report” xəbər verir ki, 58 yaşlı əcnəbi vətəndaş dərhal həkimə müraciət edib və ona zərdab vurulub. “Report” məsələ ilə bağlı Respublikanın Baş Dövlət baytarlıq müfəttişi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyevin fikirlərini öyrənib. Q.Əbdüləliyev ölkədə vəhşi heyvanların ev şəraitində saxlanılması ilə bağlı […]

Teymur Rəcəbov İddiaçılar Turnirinə vəsiqə qazanıb

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin ikinci partiyaları oynanılıb.  “Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Şahmatçılar arasında ikinci dueldə Rəcəbov qalib gələrək finala yüksəlib. Beləliklə, o, 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququna sahib olub.İki çinli – Dinq Liren və Yu Yanq […]

İstirahət günlərində hava necə olacaq? – AÇIQLANDI

Ölkə ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda  20-25,  dağlıq […]

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun III turu başlayır

Sentyabrın 28-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura start verilir. Bu barədə “Cümhuriyyət”ə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edə bilərlər. Prosesdə builki müsabiqədə vakant yer […]

Fədayə Laçının vəkili mətbuat konfransı keçirib

“14 illik vəkillik fəaliyyətimdə belə səmərəsiz proses görməmişəm. İlk dəfədir ki, bir prosesin 12 dəfə təxirə salındığını görürəm”. ”Report” xəbər verir ki, bu sözləri həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı keçirdiyi mətbuat konfransında deyib. Vəkil bildirib ki, məhkəmədən Fədayə Məmmədovaya (Laçın) qarşı heç bir humanist addım atılmayıb. “Biz Apellyasiya Məhkəməsinin qərarını gözləyirik ki, […]

Polis rəisinin iki müavini işdən azad edilib

Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin iki müavini vəzifəsindən azad edilib. “Report”un Qərb Mərkəzi xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər. Qeyd edək ki, rəis müavini […]

Tibb bacısı: “Direktor Elina üçün təcili yardım çağırılmasına imkan vermədi”

Zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib. APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məktəbin tibb bacısı olmuş Ləman Nuriyeva dindirilib. O bildirib ki, hadisə baş verəndə məktəbdə olmayıb:  “Zəng gəldi ki, Elina yıxılıb. Tez […]

Yeni avtobuslar xəttə buraxılır: istiqamətlər AÇIQLANDI

“Yaxın günlərdə 300 yeni avtobus xəttə buraxılacaq”. Bu sözləri Lent.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, cənab prezidentin müvafiq sərəncamı ilə gətirilən avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi yerlər hazırda müzakirə olunur: “Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə, xüsusilə də ən çox şikayət olunan istiqamətlərə veriləcək”. Xatırladaq ki, […]

Dollar kəskin ucuzlaşa bilər

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) pul bazarında sabitlik yaratmaq üçün dövlət istiqrazlarını geri almaqda davam etsə, bu, dolların digər xarici valyutalar qarşısında məzənnəsini ən aşağı həddə salar.  Bu proqnozla ölkənin maliyyə konqlemeratı – “Morgan Stanley”nin meneceri Hans Redeker çıxış edib. Ekspert bildirib ki, söhbət təxminən 250 milyard dollarlıq alışdan gedir: “Bu da son nəticədə dollar […]

Azərbaycan qeyri-neft ixracını 17% artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,277 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. “Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Hesabat dövründə Rusiyaya 427,1 milyon dollar (ümumi ixracın 33,4%-i), Türkiyəyə 278,6 milyon dollar (ümumi ixracın […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30