Bakıda məhkum xəstəlikdən ölüb
Bakıda məhkum ölüb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 1958-ci il təvəllüdlü Vəliyev Ramiz Əli oğlu xəstəlikdən dünyasını dəyişib.
Bakıda məhkum ölüb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 1958-ci il təvəllüdlü Vəliyev Ramiz Əli oğlu xəstəlikdən dünyasını dəyişib.
“Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik rolunu layiqincə yerinə yetirəcək”. “Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə deyib. “Azərbaycanı balanslı siyasət həyata keçirən etibarlı tərəfdaş kimi tanıyırıq”, – nazir müavini bildirib. O, münaqişələrin həllində Qoşulmama Hərəkatının xüsusi rolunu vurğulayaraq Fələstin-İsrail münaqişəsinin həllinin vacibliyini […]
Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,9 milyon manat xalis zərərlə başa vurub. “Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir. Məlumata görə, 9 ay ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 1,8 milyon manat, əməliyyat xərcləri 0,8 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat təşkil edib.
Prezident İlham Əliyev keçirdiyi son müşavirədə bəzi hökumət üzvlərinin yeni təyin olunan nazirləri mətbuat vasitəsilə şantaj etdiyini bildirdi. Bununla hökumət içində islahatlara maneə olmaq istəyən qüvvələrin fəallaşdığını vurğulamaqla yanaşı, bəzi mətbuat orqanlarının da onların əlində şantaj vasitəsinə çevrildiyini bəyan etdi. Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə belə bir vəziyyətin yaranmasının günahının Kütləvi İnformasiya […]
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Hikmət Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi minik avtomobilləri üçün duracaqların təşkili işləri sürətləndirilib. Bu barədə “Cümhuriyyət”ə BNA-dan məlumat verilib. Bildirilib ki, cari həftə ərzində 12 küçə və prospektdə duracaqlar təşkil edilib. Qeyd edilib ki, bu işlər Bakı Nəqliyyat Agentliyi tərəfindən davamlı olaraq həyata keçiriləcək.
“Terrorla mübarizəmiz dost və müttəfiq ölkələrin əməkdaşlığı ilə davam etdirilərək başa çatdırılacaq. Separatçı terror təşkilatının dövlətcik layihəsi tarix olub”. “AzPolitika.info”nun məlumatına görə, Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bu sözləri Rusiya ilə əldə olunan razılığa dair fikirlərini bölüşərkən bildirib: “Cenab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi sayəsində tarixi diplomatik uğur əldə edilmişdir. Terrorla mübarizəmiz, […]
İstirahət günlərində Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 17-22, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı […]
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr aylarında 49,71 ton qızıl alıb. Bu ilin üçüncü rübündə isə Fond tərəfindən alınan qızılın həcmi 5,19 ton olub. “APA-Economics”in ARDNF-in 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, sentyabrın 30-na Fondun investisiya portfelində qızılın ümumi həcmi 100,66 ton olub. Qeyd edək ki, 2018-ci […]
Rusiyada hərbi hissədə atışma olub. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Zabaykalye diyarında hərbi hissələrdən birində baş verən atışmada ən azı 7 nəfərin həlak olduğu bildirilir. Məlumatda qeyd olunur ki, həlak olanlar çağırışçı əsgərlərdir.