“Azəriqaz”ın yeni baş direktoru kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub. Lent.az Ruslan Əliyevin dosyesini təqdim edir. Əliyev Ruslan Yusif oğlu 13 sentyabr 1978-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstilik energetikası fakültəsində bakalavr, 1999-2001-ci illərdə Energetika və enerjimaşınqayırma istiqaməti üzrə magistr, 2004-2007-ci illərdə isə aspirantura təhsili […]

Məhərrəm ayı ilə bağlı keçirilən monitorinqin nəticəsi AÇIQLANIB

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı monitorinqlərə əsasən, 2019-cu ilin sentyabr-oktyabr aylarına təsadüf edən Məhərrəm ayı mərəsimlərində ciddi qanun pozuntuları və neqativ hallar qeydə alınmayıb”. Bunu Məhərrəm ayında keçirilən monitorinqin nəticələri ilə bağlı APA-nın sorğusuna cavabında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib. Onun sözlərinə görə, […]

Türkiyə suriyalı hərbçiləri azad edib – Birgə patrul xidmətindən əvvəl jest

Türkiyə bu həftənin əvvəlində Suriyanın şimal-şərqində sərhəddə əsir götürülmüş 18 suriyalı hərbi qulluqçunu azad edib. Bu barədə qardaş ölkənin Müdafiə Naziriyi (MN) məlumat yayıb. Məlumatda bildirilir ki, bu, «Rusiya hakimiyyəti ilə koordinasiyalı şəkildə» baş tutub. Ankaranın addımı cümə günü, noyabrın 1-də Suriyanın şimal-şərqində Türkiyə-Rusiya birgə hərbi patrul xidmətinin başlanmasına bir neçə saat qalmış baş tutub. […]

Nazirlikdən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcək. Gündüz yarımadanın bəzi yerlərində küləyin arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq.

İqbal Ağazadənin qardaşından və məhkəmələrdən Prezidentə şikayət

Son illər ölkədə müxtəlif yollara əmlakları əllərindən alınan vətəndaşların sayının artması müşahdə olunmaqdadır. Bəzən sifarişlə qərarlar çıxaran, haqlını deyil, pullunu müdafiə edən məhkəmələrdə hüquqlarını bərpa edə bilməyən vətəndaşlar son ümid yeri kimi ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalırlar. Elə şikayətlərinin bir surətini “AzPolitika.info”ya təqdim edən daha bir qrup vətəndaş da bu səbəbdən ölkə Prezidentindən kömək istəyir. […]

Şənbə və bazar hava necə olacaq?

Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 3-də gündüz hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə bildirilib ki, arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-18, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək. […]

Azərbaycan – Uels matçı üçün biletlərin qiymətləri müəyyənləşib

Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsində Uels yığmasına qarşı “Bakcell Arena”da keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.   “Report”un məlumatına görə, satış üçün 11 məkan müəyyənləşdirilib. Qiymətlər adi sektorlara 2 – 4 manat, VİP sektorlar üçün 20 manat müəyyənləşdirilib.   Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlanacaq.   […]

“Suriyada “Ağ dəbilqəlilər” kimyəvi silahla təxribat törədəcəklər” – Rusiya XİN

Suriyada “Ağ dəbilqəlilər” təşkilatı terrorçularla birgə yeni təxribatlar hazırlayırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Suriya hakimiyyəti müntəzəm olaraq Birləşmiş Millətlər Təşkilatına “Ağ dəbilqəlilər”in terrorçularla birlikdə ölkədə kimyəvi silahdan istifadə etməklə təxribatlar törədəcəyi barədə məlumat verir. Bu məlumat öz təsdiqini tapmaqdadır. Məlumdur […]

“Xəzər İnşaat-XXI əsr” MTK cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Xəzər İnşaat-XXI əsr” MTK inzibati qaydada cərimələnməsi protokol tərtib edib.   “Report”un xəbərinə görə, Suraxanı Rayon Məhkəməsi protokola əsasən şirkəti 473.44 ABŞ dolları cərimə edib.   Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər […]

75 ölkənin mətbuatını izləyən, 15 dildən tərcümə edilən sayt… – Baş redaktor maraqlı faktlar açıqladı

Azərbaycanda unikal bir internet resursu fəaliyyət göstərir. Bu saytda dünyanın 75-dən artıq ölkəsinin mətbuatı izlənilir, ölkəmizlə bağlı məqalələr, təhlil yazıları, reportajlar olduğu kimi Azərbaycan dilinə tərcümə edilərək yayımlanır. Söhbət hələ çoxlarımızın tanımadığı, amma 15 dildən tərcümələr edilən, çox ciddi bir işə imza qoyan WorldMedia.Az saytından gedir.   Bu gün saytın yaranmasından 4 il keçir. “WorldMedia”nın […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930