Dəyişən Azərbaycan … – Olmaz deyirdilər, olurmuş!

Uzun illər ali hakimiyyət öz içindəki qüdrətli, “odda yanmaz, suda batmaz” qüvvələrdən, məmurlardan asılı olmaqda ittiham edilib. Uzun illər bu qüvvələrin ölkənin elmdən, təhsildən tutmuş iqtisadiyyata, biznesə, icra strukturlarına qədər hər bir sahədə şaxələnərək, kök saldığı bildirilib. Uzun illər korrupsiyanın, məmur özbaşınalığının, regionçuluğun, qohumbazlığın, kobud gücə, məddahlığa söykənən siyasi ritorikanın cəmləşdiyi təfəkkürün əsas “istehsalçısı” məhz […]

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü – SON DURUMU

Oktyabrın 29-da Bakının Nəsimi rayonunda avtomobillə vurularaq əməliyyat olunan hüquq müdafiəçisi Oktay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər. Bu barədə “Cümhuriyyət”ə Səhiyyə Nazirliyindən bildirilib: “City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri O. Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oktay […]

Tramp Zelenski ilə telefon danışığını canlı efirdə oxuyacaq

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığının stenoqramını yaymağı düşünür. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə yerli jurnalistlərə açıqlamasında deyib. “Mən divar sobasının yanında oturaraq canlı efirdə telefon stenoqramını oxuyacam. Zelenski ilə maraqlı söhbətim olub və qoy insanlar onu eşitsin”-deyə Tramp açıqlama verib. Xatırladaq ki, Nümayənədələr Palatası […]

“Cənab Prezidentin qərarını gözləyirəm” – 82 yaşlı Ombudsman

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. “Report”un məlumatına görə, E.Süleymanova jurnalistlərə açıqlamasında işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini deyib. “Sosial şəbəkələrdə mənim adımın hallandırılması başqa bir məsələdir. Mən […]

Prezident Administrasiyasının məsul işçilərinin qəbul cədvəli açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçilərinin 2019-cu ilin noyabr ayında bir sıra şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. “Cümhuriyyət” xəbər verir ki, qəbullar şəhər və rayonlarda saat 10:00-da başlayır. 14 noyabr 2019-cu il: 1. Lerik rayonu 2. Bərdə rayonu 3. Kəlbəcər rayonu 4. Qobustan rayonu 5. Samux rayonu 28 noyabr 2019-cu il: 1. Şirvan […]

Salyanda ər arvadını qətlə yetirib

Salyan rayonunda qətl hadisəsi baş verib. “Report”un yerli bürosu xəbər veri ki, Nahid adlı şəxs həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Faktla bağlı araşdırma aparılır.    

Prezident Administrasiyasının yeni rəhbəri kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib. Lent.az Samir Nuriyevin dosyesini təqdim edir. Samir Rafiq oğlu Nuriyev mart ayının 9-u 1975-ci ildə Bakı şəhərində doğulub. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu […]

Prezident Administrasiyasına yeni rəhbər təyin edildi – SƏRƏNCAM

Azərbaycanın Prezident Administrasiyasına yeni rəhbər təyin edilib. “Cümhuriyyət” məlumat verir ki, Prezident İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Yağışlı və küləkli hava davam edəcək

Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 13-15, Bakıda gecə 10-12,  gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm […]

Keçmiş məhkumdan yarım kiloqram heroin götürülüb

Bakı sakinin evində herion aşkarlanıb. Daxili İşlər Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abuşov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 520 qramdan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930