DİN: Bu il 1 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir. Daxili İşlər Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, növbəti belə tədbir paytaxtın Maştağa qəsəbəsində həyata keçirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qəsəbə sakini Cahangir Hüseynov saxlanılıb. Onun yaşadığı evin […]

Bakıda mənzildə qadın meyiti aşkarlandı

Bakıda mənzildə qadın meyiti aşkarlanıb. Bu barədə “Cümhuriyyət”ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il […]

Müsavat Partiyasının mitinqinə icazə verildi – RƏSMİ

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. “Cümhuriyyət” xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.

Cəbhə bölgələrində qazlaşdırma – VİDEO

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilir, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilir. “Report” xəbər verir ki, bu işlər ucqar kəndlərdə, sərhəd bölgələrində, çətin relyefə malik ərazilərdə, həmçinin cəbhə bölgələrində də həyata keçirilir. Tovuzun Qaralar, Böyük Qışlaq və Qaradaş kəndləri də qazla […]

Zakir Fərəcov müavinini işdən azad edib – FOTO

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müavinlərindən birini vəzifəsindən azad edib. Unikal.org-un əldə etdiyi məlumata görə, Z.Fərəcov müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu vəzifəsindən azad olunması barədə əmr imzalayıb. İcra başçısının bu qərarı vermsinə səbəb isə, Fəzail Hüseynovun şəhərdə sahibkarlara problemlər yaratmasıdır.

Almaniyada “Naxçıvan” adlı klub yaradıldı – Rəsmi qeydiyyata alındı

Dünya Azərbaycanlıları Assambleyasının futbol klubu olan “AZE Nakhchivan SK” (Köln) futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb. Bu barədə “Report”a Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Rəşad Quliyev məlumat verib. O, əsas məqsədin peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etməkdən ibarət olduğunu bildirib. Quliyevin sözlərinə görə, […]

Maştağa sakinindən 7,5 kq marixuana götürülüb

Maştağa sakinindən külli miqdarda narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini C.Hüseynovun evindən 7 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Göyçayda Nar festivalı keçiriləcək

Noyabrın 9-10-da Göyçay Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Aznar” şirkətinin baş sponsorluğu ilə Nar festivalı və “Aznar” şirkətinin 50 illik yubileyi keçiriləcək. “Aznar”dan “Cümhuriyyət”ə verilən məlumata görə, şəhərin mərkəzində təşkil olunacaq festivalda müxtəlif nar növlərindən hazırlanmış təamlar, şirniyyatlar, nar şirələri, şərablar nümayiş olunacaq. Ziyarətçilər nardan hazırlanmış təamların dadına baxmaq imkanı əldə edəcəklər. Bununla yanaşı festival çərçivəsində  qonaqlar […]

MTN generalları yenidən Ali Məhkəməyə müraciət ediblər

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları – Akif Çovdarov, Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanov yenidən Ali Məhkəməyə müraciət ediblər. APA-nın xəbərinə görə, generallar ayrı-ayrılıqda kassasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. A. Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-nə təyin edilib. T. Quliyev və S. Qurbanovun […]

SOCAR-ın neft və qaz hasilatının maya dəyəri açıqlanıb

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1 ton neftin istehsal maya dəyəri 117,92 manat, 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri isə 57,60 manat təşkil edib. “Report” xəbər verir ki, bu barədə şirkətin 2018-ci il üzrə illik hesabatında qeyd edilib. Neft hasilatının maya dəyəri 2017-ci illə müqayisədə 6,5 manat və ya 5,8% artıb, qaz hasilatının maya dəyəri isə 4,59 manat və ya 7,4% azalıb. Bildirilib […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930