Qəza 120 nəfəri qazsız qoydu

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib. Bu barədə “Cümhuriyyət”ə “Azəriqaz” İB-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Opel markalı minik avtomobili ilə toqquşan Mersedes markalı avtomobili yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb. Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti […]

“Bakcell”dən tamamilə yeni İnternet paketləri

Bakcell şirkəti abunəçilərin tələb və istəkləri əsasında hazırlanmış tamamilə yeni internet paketlərini təqdim edib. Yeni paketlər sayəsində Bakcell ölkənin ən sürətli mobil şəbəkəsində (Ookla şirkətinin təsdiq etdiyi məlumata əsasən) maksimum rahatlıq təklif edir. Müştəriyönümlü və çox sadə məhsul olan yeni internet paketlərindən istifadə edən abunəçilər həm də nömrənin balansına daha yaxşı nəzarət edə biləcəklər. Belə […]

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib. APA-nın məlumatına görə, nazir müraciətində polis-vətəndaş münasibətlərinə toxunub: “Vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir. İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur […]

Müsavatın piketinə icazə verilmədi

Bakı şəhər İcra Hakimiyyətindən Müsavat Partiyasının noyabrın 12-də keçirmək istədiyi piketlə bağlı müraciətinə cavab verilib. “Cümhuriyyət” məlumat verir ki, icra hakimiyyətində partiyanın müraciətinə müvafiq qaydada baxılıb və piketə icazə verilməyib. Müsavat Partiyası noyabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib.

Maykl Ceksonun corabları 1 milyon dollara satıla bilər

Dünya pop musiqisinin kralı Maykl Ceksonun “Ay yerişi”ni oynadığı məşhur corabları Gotta Have Rock and Roll auksionunda satıla bilər. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, auksionda corabların başlanğıc qiyməti 100 min dollar olsa da, hərracın təşkilatçıları qiymətin bir və ya iki milyon dollara qədər yüksələ biləcəyini düşünürlər. M. Cekson 1984-cü ildə uğurla baş tutan […]

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 12-yə çatıb – SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycanda dekabrın 23-nə təyin olunan bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanın səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb. İclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb. Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 12-yə çatıb. Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), […]

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış mərasimində Təhsil nazirinin müavini F.Qurbanov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı V.Həsənov çıxış […]

Ədliyyə Nazirliyi yeni xidmət yaradır

“Hazırda Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən Ədliyyə Nazirliyinin yeni xidmətlərinin yaradılması istiqamətində işlər gedir”. APA-nın məlumatına görə, bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Elektrtron icra informasiya sisteminin tətbiqinin gətirdiyi imkanlar” mövzusunda çıxış edən Ədliyyə Nazirliyi İcra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov bildirib. T. Məmmədov deyib ki, bu işlər çərçivəsində fiziki və hüquqi şəxslərə tərəf […]

Bakı metropolitenində Tanqo sürprizi

8 noyabr 2019-cu il tarixində, saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində “İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq. Bu barədə “Cümhuriyyət”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki,bu şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo […]

Müxalifət – İnsanov əməkdaşlığı hansı zərurətdən doğur?

Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə noyabrın 5-də 7 müxalifət lideri və ekspertin iştirakı ilə baş tutan toplantı, uzun müddətdən sonra müxalifətin əməkdaşlığı yönündə ilk təşəbbüs oldu. Lakin 3 günlük müşahidələrə görə, ictimaiyyət bu formatın gələcək perspektivini, siyasi proseslərə nə verəcəyini müzakirə etməkdən daha çox onu tənqid hədəfinə çevirdi. Tənqidin iki əsas ünvanı vardi: 1. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930