Bakıda heç bir binaya istilik verilmir – Borca görə “Azəriqaz” qadağa qoydu

Noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalara istiliyin verilməsinə başlanılmalı idi. Lakin bu gün paytaxtın bir neçə rayonundan saytımıza müraciət edən vətəndaşlar hələ də istiliyin verilmədiyindən şikayətləniblər.  “Qafqazinfo” məsələ ilə bağlı “Azəristiliktəchizat”a müraciət edib. Qurumun abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib ki, “Azəriqaz” onların qazanxanalarına qaz vermədiyi üçün binaları istiliklə təmin etmək mümkün deyil: “Bu […]

“Hızır Çakırbəyli” Bakıya gəlir

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycana gəlir.  Kino və serial ulduzu rol aldığı “Aman Reis Duymasın” filminin Bakıdakı qala gecəsinə qatılacaq.  Onur Tanın rejissorluq etdiyi ekran işinin premyerası dekabrın 26-da Nizami Kino Mərkəzində olacaq.

“Ustay” şirkətinin 13 işçisi zəhərlənib

Sumqayıt şəhərində “Ustay” şirkətində çalışan işçilərin halı pisləşib. “Report” xəbər verir ki, şirkətin 13 nəfər işçisi narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb. İşçilər “Unikal” klinikasına müayinəyə göndərilib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Hələ ki, hadisənin səbəbi bəlli deyil. Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində […]

Ağsuda ağac kəsən şəxs cəzalandırılıb

Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə  ETSN-in Mətbuat Xidmətindən məlumat verilib. Araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə […]

Ermənistanda BƏƏ-dən olan iş adamının 1,07 milyon dolları mənimsənilib

Ermənistanda kənd təsərrüfatı şirkətinin direktoru Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan sərmayədarın 515 milyon dram (1,07 milyon dollar) məbləğində pulunu mənimsəyib. “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin (Daxili İşlər Nazirliyi) saytı yayıb. Bildirilib ki, BƏƏ təbəəsi 2016-cı ildə Ermənistanın kənd təsərrüfatına, o cümlədən torpaq sahələrinin satın alınmasına 7 milyon dollar sərmayə qoyub. […]

Parisdə etiraz aksiyasına görə 20-dən çox metro stansiyası bağlanıb

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” hərəkatının tərəfdarlarının planlaşdırdığı aksiyaya görə noyabrın 16-sı səhər saatlarında 20-dən artıq metro stansiyası bağlanıb. “Report” xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb. Bildirilib ki, “sarı jiletlilər”in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində noyabrın 16-sı və 17-də etiraz aksiyaları keçiriləcək. Qeyd edək ki, 2018-ci il noyabrın 17-də Fransada […]

Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan […]

“Mehriban Əliyeva Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtdır” – Xoşməramlı səfirlərin RƏYLƏR

Noyabrın 16-da UNESKO Günü qeyd olunur. 1945-ci ilin həmin günü Londonda keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESKO) yaradılaraq 37 dövlətin imzası ilə Nizamnaməsi qəbul edilib. Yeni beynəlxalq təşkilatın bəşəriyyətin əqli və əxlaqi həmrəyliyini təmin etməklə dünya müharibəsi ehtimalının qarşısını almaq məqsədi daşıdığı güman olunurdu. Azərbaycan BMT-nin bu tabe […]

Zakir Həsənov xidməti müşavirə keçirib

Noyabrın 16-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri […]

Sumqayıtda zavodda istehsalat prosesində 12 nəfər qazdan zəhərlənib

Sumqayıt şəhərində qazdan zəhərlənmə olub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin sənaye zonasında yerləşən SOCAR Polimer zavodunda qeydə alınıb. Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib. Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Faktla […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930