Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib – SİYAHI

Prezident İlham Əliyev “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədov Bəxtiyar Əjdər oğlu Mustafayev Ağa Məmməd oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Həsənov Şakir Rəfi oğlu Hüseynli Tofiq Gülmalı […]

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların noyabrın 21-nə olan məzənnəsini açıqlayıb. 21.11.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

Müştəriyönümlu strategiyası ilə seçilən “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) təklif etdiyi məhsul və xidmətlərini abunəçilərdən gələn sorğular əsasında davamlı olaraq inkişaf etdirir. Şirkətdən “Cümhuriyyət”ə verilən məlumata görə, mobil operator istifadəçilərin ehtiyac duyduğu əlavə xidmətləri yüksək keyfiyyətdə təqdim etməklə yanaşı, şəffaflıq prinsipinə uyğun olaraq abunəçiləri arzuolunmaz qoşulmalardan qoruyur. Mobil operator arzuolunmaz SMS göndərişləri, veb-səhifələrdən avtomatik qoşulma, […]

Kaspşik və Ermənistanın müdafiə naziri təmas xəttindəki vəziyyəti müzakirə ediblər

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda səfərdədir.“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini, qoşunların təmas xəttində və Ermənstan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. D.Tonoyan və A.Kaspşik təmas xəttində və sərhəddə etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıblar.

Dövlət qurumlarının bacarmadığı bu biznesin arxasında kim durur?

“2018-ci ilin aprel ayından etibarən bütün parklanma yerləri, dayanacaqlar və s. Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Bakı Şəhər İcra Hakimiyyətində (BŞHİ) parklanmaya cavabdeh qurum ləğv olunub”. Bunu “AzPolitika.info”-nun informasiya sorğusuna cavabında BŞİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsrafil Kərimov bildirib. Xatırladaq ki, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş bütün parklanma […]

Fövqəladə Hallar Nazirliyinə 716,5 min avro cərimə kəsildi – İki dövlət qurumu arasında çəkişmə böyüyür

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib. AzPolitika.info Banker.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi, protokola əsasən, nazirliyi 716 500 avro cərimələyib. FHN İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə […]

Azərbaycan qazı Avropanı isitməyə başlayır – Rusiya narahatdır, Türkmənistana imkan verilməyəcək

Trans-Anadolu boru kəməri – TANAP – bu il noyabrın 30-da tam gücü ilə işə düşəcək. Bu, Azərbaycan qazını Xəzər yataqlarından Türkiyə və Avropaya çatdırmaq üçün inşa edilən Cənubi Qaz Dəhlizi layihəsinin (CQD) bir hissəsidir. Bu barədə Yelena Qosteva “Qazeta.ru” saytında yazır. 3500 kilometr uzunluğa malik CQD Bakı yaxınlığındakı yataqlardan İtaliyanın cənubuna qədər uzanacaq. Qaz 1,2 […]

“5 aylıq körpə şəraitsizlikdən ölüb” – Həkim

Ağstafa rayonunda 5 aylıq körpə soyuqdəymədən ölüb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Belə ki, Ağstafa rayon sakini Tural Qasımov və Kəmalə Məmmədovanın övladları, 2019-cu il təvəllüdlü Turan Qasımov evdə dünyasını dəyişib. Qəsəbənin həkim məntəqəsinin müdiri Gülşən Babanlı “Report”a bildirib ki, bununla bağlı onlara və ya Ağstafa rayon təcili tibbi […]

Qərb mediası İrandakı üsyandan nələr yazır? – “Rejimin çökəcəyini düşünənlər yanılır…”

İranda yanacağın bahalaşmasına etirazlar Qərb mediasının diqqət mərkəzindədir. “Amnesty International” hüquq-müdafiə noyabrın 19-da bəyan edib ki, etirazlarda 100-dən çox etirazçı öldürülüb, hətta “bəzi xəbərlərdə 200 nəfərin öldüyü deyilir”. “The Washington Post”, “The New York Times” qəzetləri İran rəsmilərinin etirazçıları əzməyə yaşıl işıq yandırdığını yazır. “The Wall Street Journal” qeyd edir ki, İran rejimi nağd pul […]

Prezidentin fəaliyyəti ictimai rəydə – HESABAT

Sosial Tədqiqatlar Mərkəzi “İnam indeksi” jurnalının oktyabr buraxılışında “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edib. Mərkəzdən APA -ya verilən məlumata görə, hesabat hazırlanarkən həyata keçirilən sorğu üçün areal Azərbaycanın iqtisadi rayonları üzrə müəyyənləşdirilib. Bölgələrdə yerləşən 14 “ASAN xidmət” mərkəzində sorğu metodologiyası icra edilib, hansı ki, 14 regional xidmət mərkəzi bütün ətraf rayonların da əhalisini əhatə edib. İctimai […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930