Dollar sabah neçəyə olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların sabaha olan məzənnəsini açıqlayıb. “APA-Economics”in AMB-yə istinadən verdiyi məlumata görə, 22.11.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş sabah keçiriləcək. Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiyaya rəsmi səfərə gəlib.

Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb – SİYAHI

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək. APA-nın xəbərinə görə, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq. Prezident İlham Əliyev Ombudsman vəzifəsində 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi […]

Təbii qazla bağlı şikayətlər artır – RƏSMİ AÇIQLAMA

Son günlərdə Bakının bir neçə rayonunda (Nərimanov, Xətai, Nizami, Suraxanı və başqalarında) qazın verilməsində fasilələrin yaranması və ya təzyiqinin aşağı düşməsi ilə bağlı yerli mediada məlumatlar yer alıb. Bundan başqa, tez-tez sosial şəbəkədə istifadəçilərin balans artırmaqda problemlərlə qarşılaşdıqları və kartların tez-tez bloka düşdüyünə dair şikayətlərı də rast gəlmək olur. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun […]

Təhsil Nazirliyinə məktəb tikintisi üçün pul ayrıldı

Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AZƏRTAC-ın xəbərinə görə, sərəncama əsasən, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat […]

Mehdi Xəlilbəyli vergidən yayınıb

Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin (AKM) sabiq sədr müavini Mehdi Xəlilbəylinin həbs olunması təsdiqlənib. APA -nın məlumatına görə, bununla bağlı AKM bəyanat yayıb. Bəyanatda bildirilib ki, hələlik Mehdi Xəlilbəyli haqqında yük daşımalarından gələn gəlirləri gizlətmək və vergidən yayınmaq faktları sübut olunub. “Bu hallar isə Avropada çox böyük cinayət hesab olunur və bunun ağır cəzası var. Bundan […]

Bu şəbəkə xidmətinə qoşulanlarda internet olmayacaq

Noyabrın 21-də axşam saatlarında “Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək. Şirkətdən “ APA -Economics”ə verilən məlumata görə, bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Bakıda tələbələrin zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakıda tələbələrin zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb. APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında bir tələbənin ölümü, iki tələbənin zəhərlənməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Qeyd edək ki, BDU-nun 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub. Nəticədə 1 tələbə ölüb, 2-si xəstəxanaya yerləşdirilib.

Prezident Sumqayıtda bir neçə binanın açılışında iştirak edib

Noyabrın 21-də Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib. Dövlət başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Prezidenti Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında da iştirak edib. Dövlət başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev […]

Cənub bölgəsində onkoloji xəstəliklər üzrə profilaktik tibbi müayinələr aparılır

Azərbaycanın cənub bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə profilaktik müayinələr aparılır. AFN xəbər verir ki, noyabrın17-dən Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadaları bölgə sakinlərini onkoloji xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə səyyar mammoqrafiya, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930