Prezident parlamentin buraxılması barədə qərarın Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib

Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib. Sorğuda deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi deputatların səs çoxluğu ilə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar […]

Avropa qaz böhranına hazırlaşır – Rusiya-Ukrayna çəkişməsi qitədə qorxu yaradıb

Rusiya ilə Ukrayna arasında uzun müddətdir qaz mübahisəsi davam edir. İsveç Məhkəməsinin qərarına əsasən, Rusiya Ukraynaya 2,6 milyard dollar pul ödəməlidir. 2009-cu ildə olduğu kimi AB ilə qaz böhranının təkrarlanacağı mümkün görünür. Bu barədə Endryu Retman “EUObserver”-də yazır. Nəşr xatırladır ki, Stokholm Arbitraj Məhkəməsi Ukraynanın xeyrinə qərar çıxardıqdan sonra Rusiyanın “Qazprom” şirkəti İsveçin Apellyasiya Məhkəməsinə […]

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

Milli Məclisin (MM) dekabrın 3-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. “Report” xəbər verir ki, MM-in sabahkı gündəliyinə 15 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1.”Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) 2.”İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr […]

Nazirlər Kabinetində yeni şöbələr yaradılıb

Nazirlər Kabinetində yeni şöbələr yaradılıb. APA-nın xəbərinə görə, bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb. Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin əsasında İqtisadiyyat şöbəsi, Beynəlxalq əlaqələr şöbəsinin əsasında Beynəlxalq əməkdaşlıq şöbəsi, Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin əsasında Regionların inkişafı şöbəsi və Aqrar və ekologiya şöbəsi, həmçinin yeni Xarici iqtisadi əlaqələr şöbəsi yaradılıb.

AQTA əməkdaşları zərərvericilərlə sirayətlənmiş 500 kq naringini məhv etdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, AQTA tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi naringi məhsuluna baxış keçirilib. Məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına […]

İSLAHATLA AYAQLAŞA BİLMƏYƏNLƏR… – İstefa verənlərin yenidən deputat olmağa mənəvi haqqı olacaqmı?

Azərbaycanın siyasi tarixində Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkisinin keçirilməsi praktikasına indiyə qədər rast gəlinmədiyi üçün YAP-ın təşəbbüsü ilə reallaşmaqda olan bu prosedur bir çox cəhətlərinə görə müxtəlif suallar doğurur.  İlk olaraq, məsələnin hüquqi tərəfi ölkənin bir çox tanınmış hüquqşünasları tərəfindən müzakirə predmetinə çevrildi və bir çoxları parlamentin özünün istefaya göndərilməsi üçün Prezidentə müraciət […]

Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiqlənib

Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiqlənib. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun APA-ya verdiyi məlumata görə, yeni struktur aşağıdakı kimidir: Azərbaycan Respublikası Baş Nazirin Katibliyi Azərbaycan Respublikası Baş Nazirin birinci müavininin xidməti Azərbaycan Respublikası Baş Nazirin müavinlərinin xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti İqtisadiyyat şöbəsi Xarici iqtisadi əlaqələr şöbəsi Beynəlxalq əməkdaşlıq şöbəsi Hüquq […]

SOCAR: Gürcüstanın qaza olan tələbatını ödəmək Azərbaycan üçün böyük yük deyil

“Gürcüstanın qaza olan tələbatının böyük hissəsini qarşılamaq Azərbaycan üçün böyük bir yük deyil”. “APA-Economics”in “APA TV”ə istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, hazırda Gürcüstanın təbii qazan olan illik tələbatı 2-2,5 mlrd. kubmetrdir, bunun da əsas hissəsini Azərbaycan təmin edir. “Bu, bizim […]

Gürcüstan parlamentinin komitə sədri istefa verib

Gürcüstan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze istefa verib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü jurnalistlərə açıqlama verib. A.Zoidze siyasətdən də getdiyini deyib. Qeyd edək ki, A.Zoidze Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı referendum və ya plebisitin keçirilməsini təklif edib. Parlament üzvünün bu təklifi hakim […]

Prezident İlham Əliyev: “Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq”

“Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq”. APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edərkən deyib. Prezident bildirib ki, ölkəmizin hər yerində islahatlar, o cümlədən struktur islahatları aparılır: “Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031