SOCAR: 2021-ci ildən Azərbaycanda qaz hasilatı bir qədər də artacaq

Azərbaycanda tədricən artacaq qaz hasilatı azalan neft gəlirlərinin müəyyən qədər kompensasiyası üçün şərait yaradacaq. “APA-Economics”in “APA TV”ə istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. “Hazırda Azərbaycanda neft hasilatı təxminən stabilləşir, əlbəttə, qarşıdakı dövrlərdə bu göstəricinin tədricən aşağı düşməsini görəcəyik, çünki təbii olaraq bütün yataqlarda hasilat […]

Azərbaycan XİN Paşinyanın Qarabağa gəlməsinə münasibət bildirib

“Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələrək burada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi, torpaqlarımızın hərbi işğalına məhz Emənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti dəfə bariz göstəricisidir”. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici […]

TƏBİB-in İdarə Heyətinin sədri təyin edildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Ramin Bayramlının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilməsi haqqında əmr imzalayıb. “Cümhuriyyət”ə bu barədə Agentlikdən məlumat verilib. Bildirilib ki, R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. […]

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında SƏRƏNCAM

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Cümhuriyyət” xəbər verir ki, sərəncamda deyilir: “Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılmış, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat […]

Gündüz Kərimov Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib

Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib. “Cümhuriyyət” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

“Abşeron” yatağından qaz ilk növbədə daxili bazara yönəldiləcək – SOCAR

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasil ediləcək qaz ilk növbədə ölkənin daxili tələbatının ödənilməsinə yönəldiləcək. “AzPolitika”nın “APA TV”ə istinadla verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, “Abşeron” yatağında qaz hasilatına 2021-ci ildə start veriləcək. “”Abşeron” yatağından qaz ilk növbədə daxili […]

Qarabağda bir düşmən əsgəri öldü, biri yaralandı

Bu gün səhər saatlarında Ermənistan işğalçı qüvvələri təmas xəttinin Ağdərə-Tərtər istiqamətində itki veriblər. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, işğalçı qüvvələrin bir hərbi qulluqçusu “hələlik aydınlaşdırılmayan səbəblərdən” həlak olub, digəri yaralanıb. İnsident saat 06.30 radələrində baş verib. Məlumata görə ölən hərbçi 21 yaşlı Artur İşxanoviç Acamyandır, yaralanan isə 20 yaşlı əsgər David Arutyunoviç Melibekyandır. […]

Çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı – FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Agentlik əməkdaşları İmişli rayonu M.Əsədov ev 34 ünvanında vətəndaş İbrahimov Xəqani Abbasəli oğluna məxsus çörək sexinə baxış keçiriblər. Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Məlum olub ki, müəssisədə temperatur və rütubət rejiminə […]

BAKIDA LAVROVUN CAVABI VERİLƏCƏKMİ? – Poltoloqlardan rəylər

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu gün – dekabrın 2-də Azərbaycana ikigünlük səfərə gəlib. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi Lavrovun səfərindən öncə yaydığı məlumatda deyilir. O, Prezident İlham Əliyevlə görüşəcək, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq. Danışıqların əsas mövzusu Azərbaycanın separatçı Dağlıq Qarabağ regionunda sülhə nail olunması olacaq. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəflərə […]

Azərbaycanın yeni Ombudsmanı kollektivə təqdim olunub

Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kollektivə təqdim olunub. “Report”un əldə etdiyi məlumata görə, Səbinə Əliyevanı kollektivə Elmira Süleymanova təqdim edib. S.Əliyevaya fəaliyyətində uğurlar arzulayan E.Süleymanova kollektivlə sağollaşıb. Qeyd edək ki, Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib. Xatırladaq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031