Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atabəy İsmayılov olacaq

24 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının möhtəşəm səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun solo konserti keçiriləcək. 5 müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara, violonçel, kontrabasda mükəmməl ifa bacarığı olan musiqiçi ilə birlikdə səhnədə Əməkdar artistlər – […]

Dövlət başçısı: “Mənim etimadımı doğrultmasanız, sizi çox ciddi cəza gözləyir”

“Naftalan şəhərini müasir kurort mərkəzinə çevirmək cəhdlərimiz, hesab edirəm ki, çox uğurludur”. APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Dövlət başçısı Prezident kimi ilk dəfə Naftalana səfərini xatırladıb: “Mən Prezident kimi […]

“Azəriqaz” abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb – VİDEO

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır. Bu barədə “Cümhuriyyət”ə “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: ““Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda […]

“Əhali özü istəyir ki, mən seçkilərə qatılım, mən niyə istəməyim?” – “Qərarımı vermişəm…”

Azərbaycanda bəzi müxalif siyasi partiyalar və bir qrup ictimai-siyasi fəal növbədənkənar parlament seçkisinə qatılmaq və onu boykot etmək dilemması qarşısında qalıb.  Dekabrın 3-də Müsavat Partiyasının qərargahında keçirilən dəyirmi masada müxalifət təmsilçiləri bu sual ətrafında müzakirələr aparıb. Bəzi müxalif təmsilçilər seçkidə iştiraka müsbət yanaşsalar da, digərləri seçkiləri boykot etməyi təklif edib. “Meydanda verilən fürsəti dəyərləndirmək lazımdır” […]

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların dekabrın 5-nə olan məzənnəsini açıqlayıb. 05.11.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Ordubadda “Allahşükür” məscidi – Paşazadə açılışda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir. Səfər çərçivəsində QMİ sədri Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür” məscidinin açılışında iştirak edib. Qeyd edək ki, Şeyxulislam Allahşükür Paşazadə anadan olmasının 70, Şeyxülislam kimi fəaliyyətə başlamasının 40 illiyinin qeyd edilməsi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün gedib. Hacı Allahşükür Paşazadə və […]

“Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar” – İlham Əliyev

“Bu gün mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır. Siz öz işinizlə bu etimadı doğrultmalısınız. Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Bütün mötəbər beynəlxalq qurumlar bunu […]

Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb. “Report” xəbər verir ki, görüş Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilir. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) iştirak edir. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunur.

Məktəblilərə süd paylandı – FOTOLAR

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.3.6-cı yarımbəndində sağlam qidalanmanın təşviq edilməsi nəzərdə tutulub. Bu barədə “Cümhuriyyət”ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin yarımbəndin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, […]

Penitensiar Xidmətin rüşvətdə ittiham olunan bölük komandirinə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri Kazım Həsənovun məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, K. Həsənova 5 il şərti cəza verilib. Qeyd edək ki, K. Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031