Oqtay Gülalıyevin vəziyyətində ağırlaşma var – Həyat yoldaşı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində yaxşıya doğru dəyişiklik yoxdur, vəziyyəti ağır olaraq qalır, bu barədə onun həyat yoldaşı, İstanbulun “Amerika xəstəxanası”nda onun yanında olan Firuzə Gülalıyeva bildirib. “Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə antibiotiklər vurulurdu. Qaraciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb. Dekabrın 4-də qanından yenə nümunə götürülərək yoxlamağa göndərilib və qarşıdakı […]

Xəzər rayonunda yolların yenidən qurulması üçün 11,8 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Cümhuriyyət” xəbər verir ki, sərəncamla Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi […]

Baş Nazirin köməkçisi təyin edilib

Fəxri Yaşar oğlu İsmayılov Baş Nazirin köməkçisi təyin edilib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun APA-ya verdiyi məlumata görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb. Baş Nazirin digər sərəncamı ilə Feyruz Rəvayət oğlu Mustafayev Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib. Prezident İlham Əliyevin imzaladığı parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncamda əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

İlham Əliyev parlamentin buraxılması barədə sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. “Cümhuriyyət” sözügedən sərəncamı təqdim edir: “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli Qərarını […]

“Erməni həmkarımın çıxışından sonra işim daha asandır” – Elmar Məmmədyarov

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib, siz artıq bu bəyanatla tanışsınız”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib. Azərbaycan XİN başçısı ATƏT regiondakı münaqişənin həllinin vacibliyini vurğulayan bütün nümayəndələrə təşəkkür edib. “Bizim yaydığımız bəyanat […]

Məşhur YAP-çı hazırkı deputatları seçkiyə qatılmamağa çağırdı

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki keçmiş baş konsulu, məşhur “91-lər”dən biri Xeyrəddin Qoca hazırkı deputatlara çağırış edib. Modern.az saytının məlumatına görə, Xeyrəddin Qoca hazırda Milli Məclisin üzvü olan şəxsləri gələn ilin əvvəllərində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməyə çağırıb. “İndi deputat olanların heç biri təzə seçkiyə qatılmamalıdır. […]

Şenol Günəş Bakıda – FOTO

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin səfəri AVRO-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları ərəfəsində tanışlıq məqsədi daşıyır. “Ay-ulduzlular”ın nümayəndə heyəti ilə birlikdə paytaxtımıza gələn Ş.Günəş Bakı Olimpiya Stadionuna baş çəkəcək. Qonaqlar həmçinin baza və infrastrukturla tanış olacaqlar.

“AMEA-da ixtisarlar nəzərdə tutulur” – Vitse-prezident

“Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademiyanın prezidenti Ramiz Mehdiyevin rəhbərliyi ilə ixtisarların aparılması nəzərdə tutulur”. Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. O, ixtisarların kütləvi xarakter daşımadığını bildirib: “İxtisarlar yalnız artıq qurumların, şişirdilmiş ştatların olduğu yerlərdə, bu lüzumsuz ştatların qabağını almaq üçün nəzərdə tutulur”.

Bakıda 2, regionlarda 1 “ASAN xidmət” mərkəzi açıla bilər

“Gələn il Bakıda 2, regionlarda 1 ASAN xidmət mərkəzinin açılacağı gözlənilir”.  “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, paytaxtdakı “ASAN xidmət” Nərimanov rayonunda və Xətai rayonunda, Ukrayna dairəsi ətrafında olacaq. C.Salmanov Sumqayıtdakı ikinci “ASAN xidmət”in tikintisinə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031