Yol polisi əlil sürücünün saxlanılması məsələsinə aydınlıq gətirib

İnternet xəbər sayıtlarında və sosial şəbəkə hesablarında yük avtomobilini idarəedən əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü paylaşılıb. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən faktla bağlı APA-ya bildirilib ki, dekabrın 11-də Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu […]

Yeni radio kanalı üçün müsabiqə başa çatdı – RƏSMİ

Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan olunmuş müsabiqə başa çatıb. Bu barədə “Cümhuriyyət”ə MTRŞ-dən məlumat verilib. Bildirilib ki, müsabiqə çərçivəsində […]

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların dekabrın 13-nə olan məzənnəsini açıqlayıb. “APA-Economics”in AMB-yə istinadən verdiyi məlumata görə, 13.12.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

“Liverpul”la görüşsək, onları məhv edəcəyik” – Zinəddin Zidan

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması barədə fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis heç bir rəqibdən çəkinmədiklərini açıqlayıb. Qrup ikincisi kimi pley-offa yüksələn “Real” 1/8 finalda 1-ci yer sahiblərindən biri ilə görüşəcək. Madrid təmsilçisinin Çempionlar Liqasının son qalibi və Premyer Liqanın lideri “Liverpul”la üz-üzə gəlməsi də […]

“Yaxın 2-3 ildə kirayə mənzil bazarında qiymətlər stabilləşə bilər” – Ekspert

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kirayə mənzil mexanizminin işə düşməsi bu bazarda qiymətləri stabilləşdirəcək. Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov “APA-Economics”ə bildirib ki, kirayə yolu ilə mənzillərin güzəştli satışına başlanılması bazarda tələb təzyiqini bir qədər yumşaldacaq. “Bu mexanizm kirayə mənzil bazarında qiymətlərin stabilləşdirici faktoru rolunu oynayır. Kirayə mənzil bazarında təklif qıtlığı var, tələb isə […]

Gürcüstanda müxalif deputatın mandatı alınıb

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Nika Melianın deputatlıq fəaliyyətinə son qoyulub. APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentində keçirilən səsvermədə 88 millət vəkili N.Melianın mandatının alınmasına səs verib. Parlamentin sədri Arçil Talakvadze qərarın qəbul edildiyi müddətdən qüvvədə olduğunu açıqlayıb.

“Bakı Metropoliteni” bu gün yarım saat artıq işləyəcək

“Qarabağ” futbol klubunun bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyuna görə “Bakı Metropoliteni” QSC saat 00:30-a qədər, yəni yarım saat artıq işləyəcək. “Cümhuriyyət” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir. Məlumata görə, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar metronun “Gənclik” stansiyasına daxil ola […]

“Bu nankorlar uzun illərdir ki, Oqtay Gülalıyevlə bir yerdədirlər” – Çingiz Qənizadə

Beşinci çağırış Milli Məclisin deputatı Çingiz Qənizadə Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: – Çingiz müəllim, siz də hüquq müdafiəçisisiz. Hüquq müdafiəçisi olaraq sizin də fikirlərinizi bilmək istərdik. Hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı mətbuatda gedən yazılardan xəbəriniz var. […]

“Putinin nəyinə lazımdır, Azərbaycanda partiya yaratsın?” – Zərdüşt Əlizadə

Bu günlərdə Azərbaycanda daxili siyasi vəziyyətlə bağlı geniş məqalə ilə çıxış edən tanınmış iş adamı, milyarder Fərhad Əhmədovun təqdim etdiyi “yol xəritəsi” ictimaiyyətdə geniş müzakirə olunur. Rusiyada yaşayan iş adamı növbədənkənar parlament seçkiləri ərəfəsində MSK-nın və rayonlardakı DSK-ların yenidən təşkil olunmasını, sədrin yeni təfəkkürlü gənclə əvəzlənməsini vacib sayıb. Habelə, o Seçki Məcəlləsinin dəyişdirilməsini, xaricdə yaşayan […]

“Xəzər” televiziyasının yeni rəhbəri kim olacaq? – İki tanınmış şəxsin adı çəkilir

Bir neçə gündür sosial şəbəkələrdə və mediada Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus olan “Xəzər” telekanalının rəhbərliyinin dəyişdiyi haqda məlumatlar verilir. Bildirilir ki, Ə.Həsənovun oğlu Şamxal Həsənov idarəçilikdən uzaqlaşdırılıb, hazırda təhvil-təslim prosesi gedir. Bir neçə gün əvvəl – dekabrın 7-də bu iddialarla bağlı “Xəzər” TV MMC-nin açıqlamasında isə bildirilirdi ki, yayılan məlumatlar əsassızdır. Televiziyada hər hansı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031