Ağstafanın icra başçısı və müavini saxlanıldı – RƏSMİ – VİDEO

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb. “Cümhuriyyət”in xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri […]

Sabiq icra başçısı da həbs olundu

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbs olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı bu gün saxlanılıb. Xatırladaq ki, Q.Səmədov 18 fevral 2011-ci il tarixində Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, bu ilin oktyabrın 31-də isə vəzifəsindən azad edilmişdir.

Tərtər təhsil şöbəsi haqda yazılanlar özünü doğrultmadı

Son günlər sosial şəbəkədə Tərtər rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmovla bağlı güya sensasion məlumatlar yayımlanıb. Məlumatların bəzi saytlarda yayımlandığını nəzərə alsaq, məsələnin ciddiliyindən xəbər verildiyini söyləyə bilərik. Dosye.org xəbər verir ki, 25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun əmri ilə Tərtər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Yəni, təyin […]

Gələn ildən uşaqların zərərli informasiyadan qorunmasına dair qanunu pozanlar 500 manatdan 4 min manatadək cərimə olunacaq

Gələn il yanvarından 1-dən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq. APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən […]

Ermənilər Azərbaycan torpaqlarında təlimlərə başlayıb

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər Ağdamın ermənilər tərəfindən işğal olunmuş ərazisində aparılır. Erməni hərbçilər təlim zamanı ağır artileryadan istifadə edir. Atəş səsləri cəbhə kəndlərində eşidilir.

Həbs edilən icra başçısının mülkləri: Şadlıq sarayları, ticarət mərkəzi, karxana…

Ötən gün saxlanılan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin mülkləri ilə bağlı məlumatlar ortaya çıxır. “Yeni Sabah” xəbər verir ki, Goranboy rayon sakini “Abatv az” Youtube kanalında yayımlanan videoda icra başçısının mülklərindən danışıb. İcra başçısının fəaliyyətindən narazılıq edən şikayətçi qadın bildirib ki, Goranboy şəhərinin mərkəzində yerləşən ticarət mərkəzi, uşaq bağçası, Gülüstan şadlıq sarayı, heyvan […]

Pendir istehsal edən sexin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında AQTA əməkdaşları Bərdə rayonu, Canavarlı kənd ərazisində fəaliyyət göstərən fiziki şəxs Bayramov Şahmar Musa oğluna məxsus pendir istehsalı müəssisəsinə reyd keçiriblər. Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd zamanı saçaqlı pendir istehsal edən sexdə yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına […]

Azərbaycanda bir ailəyə məxsus 4 şirkət ləğv olunur

2010-2013-cü illərdə Masallı rayonunda, 10 manat nizamnamə kapitalı ilə yaradılmış və bir ailəyə məxsus olan 4 şirkət ləğv olunur. “Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Söhbət “Kənan-M”, “A.İ.”, “Vüsal-K” və “Ayan-Q” MMC-lərdən gedir. Şirkətlərin hamısı Masallı şəhəri, Qarabağ küçəsi, ev, mənzil 8 ünvanında dövlət qeydiyyatına alınıb. Ləğvetmə ilə əlaqədar kreditorların bu […]

Səhiyyə Nazirliyi həkimin rüşvət alması haqda – “Verən şikayətçi deyil…”

Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib. Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb. “Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq, daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, – Nazirlikdən […]

Tatarovun tortu, qaynamayan “Samovar”, yanmayan şamlar – AD GÜNÜNDƏ HƏBS

Bu gün Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə birgə həbs edilən onun 1-ci müavini Ramiz Tatarovun ad günüymüş.  Lent.az -ın məlumatına görə, Tatarov 62 yaşını təntənəli sürətdə qeyd etməyə hazırlaşırmış. Məlumata görə, bu gün üçün o, iki böyük tort sifariş etdiribmiş. Birinin üstünə ad gününə işarə olaraq “62” yazılıb və 62 ədəd şam qoyulub, digərinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031