Dünya şöhrətli kardiocərrah Kijəbə qəsəbəsinin seçiciləri ilə görüşüb…

Milli Məclisin üzvlüyünə namizəd, dünya miqyaslı kardiocərrah Rəşad Mahmudov seçicilərlə növbəti görüşünü keçirib.   Cumhuriyyet.az xəbər verir ki,  məşhur cərrahın Kijəbə qəsəbəsindəki görüşündə əsl izdiham yaşanıb.   Tədbirdə çıxış edən qəsəbə sakinləri, arzu və istəklərini dilə gətirməklə yanaşı, ümummilli lider Heydər Əliyevin dönəmindən bu günə qədər qəsəbədə görülən işlərə, vətəndaşlara göstərilənm qayğıya da diqqət çəkiblər. […]

Azərbaycanlıları Çindən gətirəcək təyyarə sabah geri qayıdacaq

Türkiyə və digər ölkələrin vətəndaşlarını gətirmək üçün Ankaradan Çinə yola düşən ambulans təyyarə saat 23:00-da Uhan şəhərinə çatacaq. APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Türkiyədəki səfirliyinin mətbuat katibi Xie Xinxing bildirib. O qeyd edib ki, ambulans təyyarə sabah geri qayıdacaq. 

İqbal Məmmədov: “Oğlum azadlığa buraxılıb”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərin cinayət işi üzrə məhkəmə olub. İ.Məmmədov APA-ya açıqlamasında bildirib ki, oğlu və yaxın qohumları məhkəmənin qərarı ilə azadlığa buraxılıblar: “Neçə vaxt idi ki, araşdırma gedirdi. Bu gün məsələyə hüquqi qiymət […]

Məzahir Pənahov namizədləri ədalətli olmağa çağırıb

“Bir namizədin hansısa formada digər bir namizədə qarşı kampaniya aparması yolverilməzdir”. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri namizədləri ədalətli olmağa çağırıb: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla bir-birinə qarşı kampaniya aparması qanunvericiliyə ziddir və […]

Beyləqanda subartezian quyularının layihələndirilməsi və qazılmasına 840 min manat ayrılıb

Prezident İlham Əliyev Beyləqan rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən, Beyləqan rayonunun əhalisi 41194 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu […]

MSK deputatlığa namizədlər Ülvi Həsənov və Mehman Hüseynova rəsmi xəbərdarlıq edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edilib. APA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi MSK-ya müraciət edərək bildirib ki, […]

Həsən Şirinov təqaüdə göndərilib

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov tutuduğu vəzifədən azad edilib. APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Həsən Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya faktı təsdiqləyib.

“Basta” saytı və Müsavat Partiyasının feysbuk səhifəsinə haker hücumu olub

“Basta” saytı və Müsavat Partiyasının feysbuk səhifəsinə haker hücumu olub. Bu haqda “Basta” saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli məlumat verib. “Bu gün “Basta” saytının feysbuk səhifəsi ələ keçirilib. Səhifəyə qoyulan yazılar və abunəçiləri siliblər. “Basta” səhifəsinin 108 min abunəçisindən artıq cəmi 77 min abunəçi qalıb. Həmçinin son 6 ayda bu […]

Çindən “Sədərək” Ticarət Mərkəzinə mal gətirilməsi dayandı

Çin Xalq Respublikasından “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayanıb. Bunu Trend-ə açıqlamasında “Sədərək” Ticarət Mərkəzi mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.   Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir: “Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar […]

“İnstagram”da narkotik təbliğ edən şəxs həbs olunub

“İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, DİN-in “İnstagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki “tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib. Məlumat aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib. Həyata keçirilən təxirəsalınmaz […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031