Türkiyə XİN: Regionda artmaqda olan ABŞ-İran gərginliyindən narahatıq

Regionda artmaqda olan ABŞ-İran gərginliyindən dərin narahatlıq keçiririk. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) İran generalı Qasım Süleymaninin öldürülməsi ilə bağlı yaydığı açıqlamada bildirilib. “Xüsusilə İraqın münaqişə zonasına çevrilməsinin həm İraqın, həm də regionun sülh və sabitliyinə zərər vuracağı xəbərdarlığını təkrar vurğulayırıq. İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi […]

“İran heç vaxt müharibədə qələbə qazanmayıb” – Tramp

ABŞ Prezidenti Donald Tramp “Twitter”də İranla bağlı paylaşım edib. APA-nın xəbərinə görə, D. Tramp bildirib ki, İran heç vaxt müharibədə qələbə qazanmayıb. “İran heç vaxt müharibədə qələbə qazanmayıb, lakin müzakirədə də məğlub olmayıb”, – deyə ABŞ Prezidenti vurğulayıb.

FHN: “EuroHome”da aparılan tikinti-quraşdırma işlərinin dayandırılmasına qərar verilib

“Qanunvericiliyin tələbləri pozulduğuna görə “EuroHome” tikinti materialları bazarında aparılan tikinti-quraşdırma işlərinin Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılmasına qərar verilib”. Bunu APA-ya FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev deyib. O bildirib ki, Yanğın Təhlükəsizliyi Norma və Qaydalarına əməl olunmaması “EuroHome”da baş vermiş yanğın hadisəsinin qısa zaman kəsiyində geniş sahəyə yayılmasına, […]

BAXCP sədrinin deputatlığa namizədliyi qeydə alınıb

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin deputatlığa namizədliyi 36 saylı Xətai dördüncü Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Bu barədə BayMediaya BAXCP-nin Seçki Qərargahından məlumat verilib.  

“Hər iki gözünü aça bilir, bəzən barmaqlarını tərpədir” – Oqtay Gülalıyevin həyat yoldaşı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş davam edir. “Son 20 gün ərzində Oktayıın qızdırması yoxdur. Böyrəklərdə kreatinin həcmi çox azalıb. O, hər iki gözünü aça bilir, bəzən barmaqlarını tərpədir”, deyə həyat yoldaşı Firuzə Gülalıyeva bildirib. Bununla belə, fəal hələ də komadadır. İstanbulun “Amerika xəstəxanası”nın həkimləri komadan ayılması üçün vaxt lazım olduğunu bildirirlər.

İŞİD üzvü olmuş 150 terrorçu Türkiyədən deportasiya edilib

İŞİD terror təşkilatının üzvü olmuş 150 nəfər əcnəbi terrorçu Türkiyədən deportasiya edilib. APA-nın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə bu gün Türkiyə Daxili İşlər nazirinin müavini İsmayıl Çataklı bildirib. Onun sözlərinə görə, 2019-cu il noyabrın 11-dən etibarən Türkiyədən deportasiya edilən İŞİD terrorçularının sayı 150-yə çatıb. Nazir müavini Türkiyədən öz ölkələrinə qayıdan suriyalı miqrantların da sayını […]

Bərdə rayon prokuroru və köməkçisi işdən çıxarılıb

Bərdə rayonunun prokuroru və köməkçisi işdən çıxarılıb. “Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Baba Paşayev işində yol verdiyi nöqsanlara görə vəzifələrindən azad edilib. Xatırladaq ki, rayon prokuroru F.Məmmədov bundan əvvəl Tovuz rayon prokuroru vəzifəsində işləyib. O, 2015- ci ildə Bərdə rayonuna təyinat alıb.

Qasım Süleymaninin yerinə yeni komandan təyin olunub

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinə yeni komandan təyin olunub. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, İranın Ali rəhbəri Xamenei İsmail Kaanini yeni komandan təyin edib. İ. Kaani buna qədər “Əl Qüds” xüsusi təyinatlı qüvvələr komandanının müavini olub. Qeyd edək ki, “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general […]

ABŞ vətəndaşlarını İraqı tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti İraqdakı gərginliklə əlaqədar olaraq bu ölkədəki amerikalıları dərhal oranı tərk etməyə çağırıb. “Report” bu barədə Dövlət Departamentin açıqlamasına istinadən xəbər verir. Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin bu gün Bağdad hava limanı yaxınlığında ABŞ hava qüvvələrinin maşın karvanına raket zərbəsi endirməsi nəticəsində həlak […]

“İran ya susacaq, ya da qiyamət qoparacaq”

“Ümid edirəm ki, Bağdadda əmin-amanlığın və sabitliyin kefini çəkirsiniz. Mən Beyrutda bir az məşğulam. Yəqin buna görədir…” Bu fikirlər hələ 2006-cı ildə 44 gün davam edən Hizbullah-İsrail döyüşlərindən sonra Qasım Süleymaninin Bağdadda yerləşən ABŞ komandanlığına göndərdiyi məktubdandır. Həmin döyüşlərdə “Hizbullah” tərəfindən keçirilən əməliyyatın kod adı isə “Süleymani idi… “İnsanlar sanki onun tərəfindən ovsunlanıb. Onu mələk […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031