Kəramət Salahın imzatoplama kampaniyası uğurla yekunlaşdı

Doğru Yol Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Kəramət Salah növbədənkənar parlament seçkilərinə namizəd olaraq imzatoplama kampaniyasını yekunlaşdırıb. Namizədin seçki qərargahından Bizimsesimiz.info-ya verilən məlumatda bildirilir ki,  bir neçə gün ərzində nəzərdə tutulan 500 imza toplayaraq dairə seçki komissiyasına təqdim olunub və Kəramət Salahın imzatoplama kampaniyası uğurla sonuclanıb.

Hərbçimiz şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər. Dövlət Sərhəd Xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonu, Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəli Əli­mür­səl oğlu Fərzəliyev şəhid olub. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik […]

Azərbaycan XİN Avstraliyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyaya başsağlığı verib. APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib. “Avstraliyada yanğınlarda həyatlarını itirən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk”, – deyə qeyd olunub. Xatırladaq ki, […]

“Nə İran, nə də ABŞ qarşısında öhdəliyimiz var…” – İran-ABŞ gərginliyi regiona nə vəd edir?

İranlı general Qasım Süleymaninin ölümü, Azərbaycan da daxil, region ölkələrində durumu gərginləşdirə, yeni təhlükələrə yol aça bilərmi?  Bakıda bu suala cavab verən siyasətçi və təhlilçilərin cavabları haçalanır. Kimi narahatlığını gizlətmir və rəsmi qurumların, özəlliklə xüsusi xidmət orqanlarının güvənlik tədbirlərini artırmasını vacib bilir, kimi də baş verənlərə soyuqqanlı yanaşmağa üstünlük verir. İ.Qəmbər: «Azərbaycan seçim qarşısında qala […]

Son 30 ildə Böyük Qafqazda sel ocaqlarının yayılma sahəsi 15–20 faiz artıb

“Böyük Qafqazın cənub yamacında yerləşən çay hövzələrində sel ocaqlarının sahəsində 1961–1990-cı illərin məlumatları ilə müqayisədə orta hesabla 15–20 % artım müşahidə olunur”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun 2019-cu il üzrə illik hesabatında bildirilir. Hesabata əsasən, bu, Şin, Kiş, Dəmiraparan və Girdiman çaylarında daha çox müşahidə edilir. Bunun əsas […]

Yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin anası – “Havalanmışam” (VİDEO)

Anası və nənəsi Tovuzda yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın itkin düşməzdən qabaq sonuncu dəfə evdən çıxmasından danışıblar. “Report”un xəbərinə görə, Nərminin nənəsi Minayə İsmayılova bildirib ki, dərsdən qayıdıb evlərinə gəldikdən sonra atası onu əmisigilə göndərib. Əmisigildən qayıtdıqdan sonra isə Nərmin itkin düşüb. Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş […]

Deputatlığa namizədlərin sayı 557 nəfərə çatıb

Azərbaycanda 2020-ci il fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 nəfər müraciət edib. APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. M. Pənahov bildirib ki, müraciət edən şəxslərdən 2075 nəfər imza vərəqələrini götürüb: “874 nəfər imza vərəqələrini qaytarıb, 557 nəfərin […]

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 2,1 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağcabədi rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Ağcabədi rayonunun əhalisi 83682 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə […]

Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə çevrilib. […]

Dövlət Komitəsi 10 yaşlı Nərminin qətli ilə bağlı açıqlama yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuz rayonunun  Dondar Quşçu  kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Komitədən “Cümhuriyyət”ə verilən xəbərə görə, Komitə Tovuzda baş verən bu hadisə nəticəsində azyaşlının qətlindən kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir: “Hazırda məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar tərəfindən araşdırılma aparılır. Bildirmək istəyirik ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031