“Türk axını” qaz kəməri istismara verilib

Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəməri istismara verilib. “APA-Economics”in məlumatına görə, açılış mərasimi İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə baş tutub. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da “Türk axını”nın açılış mərasimində iştirak etmək […]

MSK sədri parlament seçkilərində iştirak etmək istəyən şəxslərə müraciət edib

“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidirlər”. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, namizədliyin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddətinin bitməsinə az vaxt […]

“”Tripolidə nə işiniz var” desəniz, o zaman burada hovuzda üzərsiniz…”

Ankaranı “oyundan kənar” vəziyyətə salmaq istəyənlərin özləri aciz duruma düşüb İki gün öncə Türkiyənin sabiq Daxili İşlər naziri, hazırda rəsmi post daşımasa da ölkənin kifayət qədər samballı fiqurlarından sayılan Mehmet Ağar 3 il bundan əvvəl PKK terrorçularının qətlə yetirdiyi bir şəhid polisin anım mərasimində maraqlı çıxış etmişdi. Türkiyənin Liviyaya ordu göndərməsinə münasibət bildirən Ağar bu addımın […]

FHN-dən iş adamlarına çağırış – “Yanğın təhlükəsizliyinə əməl edin”

Yanvarın 8-də Bakının Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən restoranların birində propan qaz balonundan istifadə olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə daxil olmuş məlumat əsasında Xidmətin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb. FHN-dən APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, obyekt dördmərtəbəli yaşayış binasının […]

İcbari Sığorta Bürosu zərərlə işləməyə başlayıb

İcbari Sığorta Bürosu (İSB) 2018-ci ili 3,067 milyon manat zərərlə başa vurub. Halbuki, büro 2017-ci ildən 546 min manat mənfəətlə çıxmışdı. “Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, 2018-ci ildə İSB-nin təqdim haqlarından gəliri 7,893 milyon manat (2017-ci ilə nisbətən 4,2% çox), kompensasiya xərci 644 min manat (20,6% az), kompensasiya üçün […]

617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

“Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 nəfər müraciət edib”. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 2149 nəfəri isə imza […]

“Heç bir komissiyanın prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur” – Məzahir Pənahov

“MSK-ya daxil olan bütün məsələlər araşıdırılır”. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. “Əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir. MSK həmişə çatışmazlıqları aradan qalıdrmaq üçün bütün addımları atacaq. Heç bir komissiyanın prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. Hər […]

Gürcüstanda iki nəfərin “donuz qripi”ndən ölməsi təsdiqlənib

Gürcüstanda qrip mövsümündə iki nəfərin H1N1 virusundan (“donuz qripi”) ölməsi təsdiqlənib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, pasiyentlərdən biri İmereti, digəri isə Acarıstan bölgəsindən olub. Mərkəz rəhbəri deyib ki, hər iki halda pasiyentlər tibb müəssisələrinə gec müraciət ediblər […]

SOCAR yeni şirkət yaradıb

Vergilər Nazirliyi “SOCAR Downstream Management” MMC-ni dövlət qeydiyyatına alıb. “Report” nazirliyə istinadən xəbər verir ki, yeni kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisinin (SOCAR Tower) yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib. “SOCAR Downstream Management”in nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Mustafa Mesut İlterdir. O, həm […]

Görkəmli alim Vəli Əliyev vəfat edib

Azərbaycan Milli Elmər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyev bu gün 84 yaşında vəfat edib. Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031