Ədliyyə Nazirliyinin İsfəndiyar Axundova gücü çatmır: “Fonda küllü miqdarda vəsait ödəyir…”

Adı hər zaman qalmaqallarda, dələduzluqda və digər mənfi olaylarda hallanan İsfəndiyar Axundovun başı yenə cəncəldədir. Onun biznesi ilə bağlı həmişə ciddi suallar olub və yenə də var. “Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların prezidentdən başlamış ən müxtəlif instansiyalara […]

Məzahir Pənahov sosial şəbəkələrlə bağlı xəbərdarlıq edib

“Sosial şəbəkədə təşviqat aparmaq Seçki Məcəlləsində nəzərdə tutulmayıb. Ancaq hazırda bütün həyatımız sosial şəbəkə üzərində qurulub. Biz əgər bunu qadağan etsək, dünyanın heç yerində bizi başa düşməzlər”. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. M. Pənahovun fikrincə, MSK-nın hüququ var ki, Seçki Məcəlləsinə uyğun olaraq, qərar […]

Baş Prokurorluq: Tovuzda törədilən cinayət dövlət başçısının xüsusi nəzarətindədir

Baş Prokurorluqda keçirilən müşavirədə Tovuzda azyaşlının qətli müzakirə olunub. “Cümhuriyyət”in məlumatına görə, Baş Prokurorluqda keçirilən müşavirədə dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv […]

Saxta spirtli içkilərlə bağlı 14 nəfər həbs edilib

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib. Bu barədə Baş Prokurorluqda […]

Deputatlığa namizədlərin sayı 689 nəfərə çatıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, müraciət edənlərdən 2305 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2193 nəfəri imza vərəqələrini artıq […]

Nazir və Baş Prokuror Tovuzdaki cinayəti nəzarətə götürdü

“Tovuzdakı cinayət birbaşa Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Zakir Qaralovun nəzarətindədir”. “AzPolitika” xəbər verir ki, bunu Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib. O, qeyd edib ki, hər iki qurumun vəzifəli şəxsləri 10 yaşlı Nərminin meytinin aşkar edildiyi zamandan hadisə yerinə ezam ediliblər: “Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin […]

Tramp impiçmentlə bağlı araşdırmanı fırıldaqçılıq adlandırıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi impiçmentlə bağlı ittiham aktını Senata təhvil vermək istəmir. APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib. “Nensi Pelosi Adam Şiff kimi korrupsioner siyasətçilər tərəfindən uydurma şəkildə hazırlanmış impiçmentlə bağlı ittiham aktını təhvil vermək istəmir, çünki illər boyu aparılan istintaq və təqiblərdən sonra heç bir cinayət […]

Prezident Abşeron rayonunda avtomobil yollarının əsaslı təmirinə 19,7 milyon manat ayırıb

Prezident İlham Əliyev yanvarın 9-da “Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə […]

Paytaxtda qəza tıxac yaratdı

Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı Nəqliyyat Agentliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, hadisə Ziya Bünyadov prospekti 20 Yanvar dairəsi istiqamətində (Qızlar zapravkası kimi tanınan yerdə) baş verib. Bu səbəbdən hazırda qeyd edilən ərazidə sıxlıq müşahidə olunur.

“BU, SON OLMAYACAQ” – İrandan ABŞ-a növbəti mesaj

İran İnqilab Keşikçiləri rəhbərlərindən Abdullah İraki, Tehranın İraqdakı ABŞ əsgərlərinə etdiyi hücumun son hücum olmadığını, hücumların davam edəcəyini açıqlayıb. “AzPolitika” İran mətbuatına istinadla xəbər verir ki, İranın yüksək rütbəli komandiri, Tehranın İraqdakı ABŞ qoşunlarının yerləşdiyi bazalara edilən hücumun son olmadığını və hücumların davam edəcəyini bildirib. İsfahanın Ərdistan əyalətində danışan İraki, “Tezliklə düşməndən daha ağır qisas alacağıq”, deyib.

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031