Özəl telekanallar növbədənkənar seçkilərlə əlaqədar ödənişli seçkiqabağı təşviqatda iştirak etməyəcək

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulacaq KİV məlum olub. APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və 1 televiziya müraciət edərək qeydiyyatdan keçib. Ödənişli təşviqatda telekanallardan yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti iştirak edəcək. Özəl telekanallar […]

65 yaşlı azərbaycanlı milyarderin oğlu olub – FOTOLAR

Azərbaycanlı milyarder, Rusiyanın ən zəngin iş adamlarından biri olan Fərhad Əhmədov üçüncü dəfə ata olub. “AzPolitika.info” xəbər verir ki, 65 yaşlı milyarder özü bu barədə “Facebook”-dakı hesabında məlumat və fotolar paylaşıb. “Dünən ailəmizdə gözəl bir hadisə baş verdi, bir oğlumuz dünyaya gəldi. Allaha şükür ki, hər şey qaydasında oldu. Körpə gözəldir, həyat yoldaşımın da səhhəti yaxşıdır. […]

176 nəfərin həyatına son qoyan təyyarədən müəmmalı zəng – “Bizə hücum edirlər…”

Yanvarın 8-də Tehrandan Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” təyyarəsinin stüardessası Yekaterina Statnik ailə üzvlərinə zəng edə bilib. BAKU.WS xəbər verir ki, bu barədə “TV” kanalı məlumat yayıb. Bildirilir ki, 27 yaşlı stüardessa ailəsinə zəng edərək təyyarənin silahlı hücuma məruz qaldığını deyib və daha sonra əlaqə kəsliib. Qeyd edək ki, “Boeing 737” […]

“ƏLİ HƏSƏNOV MİTİNQLƏRİMİZDƏ ÇIXIŞ ETMƏK İSTƏYİRDİ…” – “Bir-birimizə dost kimi hörmətimiz var idi”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi Əli Həsənovla münasibətlərindən danışıb. O, bildirib ki, hələ ADP yaranmamışdan öncə münasibətləri yaxşı olub. Bununla bağlı “Yeni Müsavat”a açılama verən S.Cəlaloğlu bu və digər məqamlara toxunub. “Əli Həsənov qardaşım Qurban Məmmədovla tələbə vaxtı bir otaqda qalırdı. Mən onu ilk dəfə orada görmüşəm. Əli Həsənov […]

“SÜLEYMANİNİN ÖLDÜRÜLMƏSİ 2 AMİLLƏ BAĞLIDIR…” – “Müharibə olmayacaq”

Zərdüşt Əlizadə: “Dünyada iki dövlət var ki, onların siyasətində terrorizm faktoru mövcuddur” ABŞ-İran qarşıdurmasının nə ilə nəticələnəcəyi hazırda bütün dünyanı düşündürən ən əsas sualdır. “AzPolitika.info” ümumilikdə Yaxın Şərqdə baş verənlər və iki ölkə arasındakı münaqişə ilə bağlı politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrənib: – Zərdüşt bəy, general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra Tehran-Vaşinqton münasibətlərindəki gərginlik müharibə […]

Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb

Xırdalan şəhərində yanğın hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb. Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.

“Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu

“Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı və baxımlı intellektual yarışı “Breyn Rinq”in 14-cü mövsümü yekunlaşıb. Mobil operatorun dəstək olduğu “Nar” komandası ilin qalibi olub.  Belə ki, ölkə intellektuallarının mübarizə apardığı yarışda “Nar”, bütün rəqiblərini geridə qoyaraq “Breyn Rinq” üzrə 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “İçəri […]

Dövlət Komitəsi zorakılığa məruz qalan uşaqların əlamətlərini açıqlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib. Müraciətdə valideynlərə övladlarının zorakılığa məruz qalıb-qalmadığını anlamaq üçün uşaqlarda aşağıdakı əlamətlərin olub-olmamasına diqqət yetirmək tapşırılıb: – Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa; – Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa; – Sağalmayan, səbəbi məlum olmayan yaralar; […]

“Minsk qrupunun səylərini dəstəkləyəcəyik” – ATƏT sədri

Albaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyəcəyik. APA-nın xəbərinə görə, bu barədə ATƏT-in fəaliyyətdə olan yeni sədri, Albaniyanın Baş Naziri və Xarici İşlər naziri Edi Rama ATƏT-in Daimi Şurasında çıxışı zamanı bildirib. “Münaqişələrin həlli istiqamətində səylərin göstərilməsi ATƏT-ə sədrliyimiz müddətində gündəliyimizdə duran əsas məsələlərdən olacaq. Xüsusilə də, Minsk qrupu […]

İranda sərnişin təyyarəsinin qəzaya uğradığı anın VİDEOSU

Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı an müşahidə kameralarına düşüb. APA-nın xəbərinə görə, görüntünü “Twitter”də Heshmat Alavi adlı istifadəçi paylaşıb. Xatırladaq ki, göyərtəsində 176 nəfər olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031