Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alınıb

Tanınmış jurnalist, “Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. Bu haqda jurnalist Peyman Sadıqov məlumat verib. Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən […]

Dənizçilərimiz İon dənizində 3 nəfəri ölümdən xilas etdi – FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda üzən Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” gəmisi Yunanıstanın İon dənizində qəzaya uğrayan qayıqdakı miqrantların xilasetmə əməliyyatında iştirak edib. Bu barədə ASCO-ya istinadən xəbər verir. Məlumata görə, hadisənin baş verdiyi vaxt Rusiyanın Taqanroq limanından Albaniyanın Durres limanına gedən və qəzanın qeydə alındığı ərazinin yaxınlığında olan ASCO-nun “Maestro […]

SEPAH Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə İranın hərbi kosmik qüvvələrinin komandiri deyib: “İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin qəzaya uğraması üçün tam məsuliyyət daşıyır”.

DSX: Qazax və Ağstafada erməni təxribatlarının qarşısı alınıb, düşmənin döyüş mövqeləri cavab atəşi ilə susdurulub

  Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən bildirilib. Məlumata əsasən, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz Ermənistan Respublikasının […]

DSX dövlət sərhədini qanunsuz keçməklə bağlı 13 cəhdin qarşısını alıb

Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd müha­fizə tədbirləri davam etdirilir. DSX-ın mətbuat xidmətindən verilən məlumatına görə, DSX Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə­sində son gün­lərdə 13 halda dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısı alınıb, 2 şəxsin üzərində narkotik vasitələr aşkarlanıb, 11 şəxsin sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib. Ötən […]

Müdafiə naziri: “Azərbaycan Ordusunun sərəncamında olan silahlar düşmən üzərində qələbəni tam təmin etməyə imkan verir”

Yanvarın 11-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı […]

4 nəfəri güllələyib öldürən şəxsin məhkəməsi başlayıb

  Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunda bazarda 4 nəfəri güllələyərək qətlə yetirən Elnur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 14-ə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin iyunun 17-si saat 08 radələrində Ağstafa rayonunun […]

“Azeri Light” nefti bahalaşıb

  Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. “APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,23 ABŞ dolları artaraq 68,53 dollar təşkil edib.

Ruhanidən təyyarə qəzası ilə bağl açıqlama – “Bu böyük faciənin və bağışlanmaz səhvin…”

  İran Prezidenti Həsən Ruhani yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası barədə ilk dəfə açıqlama verib. “Komsomolskaya pravda” nəşrinin verdiyi xəbərə görə, Ruhani Ukraynanın “Boeing 737-800” tipli təyyarəsinin Tehranda qəzaya düşməsinə səbəb olan “bağışlanmaz səhv”lə bağlı istintaqın davam etdiriləcəyini bildirib. Bundan əlavə, dövlət başçısı qəzaya düşən sərnişin laynerində həlak olanlarla bağlı kompensasiya […]

Sabiq nazir namizədliyini geri götürdü – HİCRAN HÜSEYNOVAYA RƏQİB İDİ

  Sabiq Maliyyə naziri Fikrət Yusibov namizədliyi geri çəkib.   Bakupost.az-ın məlumatına görə, seçkilərə 41 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olan F. Yusibov özünün istəyi ilə namizədliyi geri götürüb.   Qeyd edək ki, həmin dairədən YAP  komitə sədri Hicran Hüseynovanın namizədliyini verib.

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031