İran Britaniyaya xəbərdarlıq edib

İran İslam Respublikası ölkənin daxili məsələlərinə müdaxilə etməməsi ilə bağlı Böyük Britaniyaya ciddi xəbərdarlıq edir. Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib. Bu barədə Trend IRIB-ə istinadla məlumat verib. Ə.Rəbiinin sözlərinə görə, Britaniya səfiri Rob Macaire qanunsuz aksiyada iştirak etdiyi üçün qısa müddətə saxlanılıb: “İran polisi onun kimliyini bildikdən sonra, 15 dəqiqə ərzində […]

ADF 2020-ci ili “21 Azər” Hərəkatının yubileyi ili elan etdi

Azərbaycan Demokrat Firqəsinin İcraiyyə Heyəti ötən cümə günü – 10.01.2020-ci il tarixində növbəti iclasını keçirib. İH üzvləri gündəliyə 4 məsələnin daxil edilməsi barədə razılığa gəliblər. İlk öncə 2019-cu ildə təşkilatın gördüyü işlər müzakirə edilib. ADF MK-nın sədri Rəhim Hüseynzadənin məlumatında qeyd olunub ki, ötən il 74 yaşlı Firqənin həyatında ən şərəfli mərhələlərdən biri kimi yadda […]

Bakının Heydər Əliyev prospektində maksimal sürət həddi azaldılır

Bakının Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. Agentliyin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy […]

AzTU-da kadr dəyişikliyi olub

Azərbaycan Texnki Universitetində (AzTU) kadr dəyişikliyi olub. AzTU-nun mətbuat xidmətindən verilən məlumata görə, uzun illər universitetin kitabxanasının müdiri vəzifəsində çalışmış Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub. Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə Narıngül Xələfovaya təşəkkür edib. Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin […]

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bakıda şagirdi döyən müəllim işdən azad olunub

169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub. Bununla bağlı 169 nömrəli tam orta məktəbdən APA-ya verilən məlumata görə, İ.Cəfərov […]

Alı Alıyevin növbəti səyyar qəbul görüşü

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 10 saylı Qayıdış qəsəbəsində keçirilib. Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev qeyd edib ki, […]

Fatma Abdullazadə ölkədən qaçıb?

NUH.az-a daxil  olan məlumata görə, PA-nın  sabiq şöbə müdiri  Fatma Abdullazadə ölkədən qaçıb.    F. Abdullazadə  1993-cü ildən   2017-ci il iyunun 1-dək Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri olub.   Xanım Abdullazadə  ali məktəblərə rektor təyin olunmasında, fəxri adların ( xalq artisti, əməkdar elm xadimi  və s )  verilməsində səlahiyyət sahibi olub. Onun adı […]

Vaqif Əsədov işdən çıxarılıb?

Dünən polis polkovniki Vaqif Əsədovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılıb. “Report”un əldə etdiyi məlumata görə, ümumilikdə İdarənin bütün zabit heyəti nazir Vilayət Eyvazovun əmri ilə sərəncama götürülüb. Sərəncama götürülən şəxslər arasında Vaqif Əsədov da var. Lakin bu, V.Əsədovun işdən azad edilməsi anlamına gəlmir. Belə […]

Meqan Markl kral ailəsini sirləri açacağı ilə hədələyir

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl öhdəliklərdən imtina etmələrinə icazə verilməyəcəyi təqdirdə kral ailəsi üzvlərini televiziyada böyük müsahibə verəcəkləri ilə təhdid edirlər. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Nəşrin mənbəyinin bildirdiyinə görə, Sasseks hersoqları artıq ABC, NBC və CBS kimi ABŞ-ın böyük televiziya kanalları ilə, həmçinin məşhur […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031